Icma.az
close
up
RU
Menu

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

İraola: “Belə bir şey baş verməməlidir”

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

Xocalı Memorial Kompleksi qayıdışın zirvəsi və tarixin cavabdır

Xocalı Memorial Kompleksi qayıdışın zirvəsi və tarixin cavabdır

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fevralın 26-sı Xocalıda zaman sanki dayanmışdı. Amma bu dayanma ümidsizliyin yox, tamamlanmanın anı idi. İllərlə içində daşıdığı ağrını səssizcə qoruyan bir şəhər həmin gün öz tarixinin yeni səhifəsini açdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xocalı Soyqırımı Memorial Kompleksinin açılışında çıxış edərkən təkcə keçmişdən danışmadı. O, bir yolun necə başa çatdığını, bir mübarizənin necə nəticələndiyini və bir xalqın necə ayaqda qaldığını ifadə etdi.  Xocalı faciəsi illərlə Azərbaycanın milli yaddaşında yanğı kimi yaşadı. O gecə öldürülən uşaqların, anaların, qocaların taleyi heç vaxt unudulmadı. Hər il fevralın 26-sı anım günü idi. Lakin bu il fərqli idi. Bu dəfə Xocalı özü danışırdı. Azad torpaqda, öz səmasında, öz nəfəsi ilə. Cənab Prezident çıxışında hadisəni açıq şəkildə Ermənistan dövlətinin məsuliyyəti kimi təqdim etdi. Bu, diplomatik ehtiyatlılıqdan uzaq, qəti mövqedir. Bu mövqe illərlə aparılan hüquqi, siyasi və informasiya mübarizəsinin məntiqi davamıdır. Vaxtilə memorialın başqa məkanda ucaldılması planlaşdırılsa da, tarix başqa qərar verdi. Abidə məhz Xocalının özündə yüksəldi. Bu seçim təsadüfi deyil. Bu, inamın gerçəkləşməsidir. İnam torpağın geri qayıdacağına, ədalətin gec də olsa zəfər çalacağına, Azərbaycanın güclənəcəyinə idi. Bu gün həmin inamın nəticəsi göz önündədir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması asan başa gəlmədi. Beynəlxalq meydanlarda aparılan mübarizə, müxtəlif ölkələrdə keçirilən tədbirlər, nəşrlər, çağırışlar uzun bir yolun mərhələləri idi. Bu prosesdə Heydər Əliyev Fondu və “Xocalıya ədalət!” təşəbbüsü mühüm rol oynadı. Fondun vitse-prezidenti Leyla Əliyevanin təşəbbüsləri nəticəsində Xocalı artıq təkcə Azərbaycanın yox, beynəlxalq ictimaiyyətin gündəmində olan mövzuya çevrildi. Bu mübarizə göstərdi ki, informasiya meydanı da cəbhədir.

Cənab Prezident çıxışında 44 günlük müharibəyə xüsusi yer ayırdı. Bu, sadəcə hərbi əməliyyat deyildi. Bu, uzun illərin hazırlığının sınaq anı idi. Güclü iqtisadiyyat, müasir silahlanma, diplomatik əlaqələr – bütün bunlar bir məqsədə xidmət edirdi: ərazi bütövlüyünün bərpasına. Cəmi 44 günə başa çatan müharibə regionun siyasi xəritəsini dəyişdi. Ardınca 2023-cü ildə keçirilən qısa müddətli əməliyyatla suverenlik tam təmin olundu. Separatizm tarixə qovuşdu. Cənab Prezidentin çıxışında səslənən mesajlardan biri də gələcəyə yönəlmiş xəbərdarlıq idi: Azərbaycan artıq zəif dövlət deyil. Bu gün ölkə özünü müdafiə etməyə qadirdir və milli maraqlarından geri çəkilməyəcək. Amma bu güc aqressiya deyil. Bu güc məsuliyyətdir. Dövlət başçısının vurğuladığı kimi, müharibə müharibə qaydaları ilə aparıldı. Mülki əhaliyə qarşı əməliyyat aparılmadı. Bu prinsipial mövqe Azərbaycanın mənəvi üstünlüyünü daha da möhkəmləndirdi. Memorialın açılışında iştirak edən Xocalı sakinlərinin simasında bir xalqın dözümlülüyü görünürdü. Onlar doğmalarını itirdilər, illərlə köçkün həyatı yaşadılar. Amma inamlarını itirmədilər. Bu inam dövlətə, orduya və ədalətə idi. Bu gün ucalan memorial təkcə şəhidlərin xatirəsinə ehtiram deyil. O, həm də səbrin, iradənin və birliyin daşlaşmış ifadəsidir. Cənab Prezident çıxışında onu da qeyd etdi ki, müharibə cinayətkarlarının məhkəmə qarşısına çıxarılması ədalətin son mərhələsi idi. Bu, həm hərbi, həm hüquqi, həm də mənəvi qələbənin tamamlanması deməkdir.

Dünyada nadir hallarda bir dövlət həm müharibədə qəti zəfər qazanır, həm də suverenliyini tam bərpa edir və məsul şəxsləri ədalət qarşısına çıxarır. Azərbaycan bunu bacardı. Xocalı artıq yalnız bir faciənin adı deyil. O, bir xalqın sınmadığını sübut edən rəmzdir. O, torpağın, yaddaşın və ədalətin qovuşduğu nöqtədir. Fevralın 26-sı Xocalıda açılan Memorial Kompleks təkcə keçmişi anmır. O, gələcəyə mesaj verir: Azərbaycan öz tarixini unutmur. Azərbaycan öz haqqını müdafiə edi və .Azərbaycan öz taleyini özü yazır.

Rüstəm Nağıyev,

YAP Gədəbəy rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 Fevral 2026 22:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see353

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see327

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see287

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see278

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see271

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see262

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see260

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see256

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see251

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see247

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see243

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see240

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see234

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see232

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see231

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see229

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see225

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see219

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see217

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri