Icma.az
close
up
RU
Xocalı Memorialın açılışı yeni geosiyasi reallıqdır

Xocalı Memorialın açılışı yeni geosiyasi reallıqdır

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2026-cı il fevralın 26-da Xocalıda Xocalı Soyqırımı Memorial Kompleksinin açılışı təkcə anım mərasimi deyildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı göstərdi ki, bu hadisə 30 ildən artıq davam edən münaqişənin siyasi, hüquqi və hərbi yekun mərhələsinin rəmzi ifadəsidir. Çıxış həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış çoxqatlı siyasi mesajlar ehtiva edirdi.

Cənab Prezident çıxışında Xocalı hadisələrini belə xarakterizə etdi: “Xocalı soyqırımı Ermənistan dövləti tərəfindən, erməni faşistləri tərəfindən azərbaycanlılara, insanlığa, bəşəriyyətə qarşı törədilmiş qanlı cinayətdir. Bunun məsuliyyətini Ermənistan dövləti daşıyır.” Bu yanaşma iki mühüm siyasi xətti göstərir: Hadisənin fərdi deyil, dövlət məsuliyyəti daşıması tezisi, cinayətin yalnız Azərbaycana deyil, insanlığa qarşı törədilmiş əməl kimi təqdim olunması. Bu, Xocalı məsələsinin beynəlxalq hüquq diskursunda saxlanılması strategiyasının davamıdır. Cənab Prezidentin statistik faktları (600-dən çox mülki şəxs, 106 qadın, 63 uşaq, 150 itkin) xüsusi vurğulaması emosional deyil, hüquqi əsaslandırma məqsədi daşıyır. Cənab Prezident çıxışında “Heydər Əliyev Fondu”nun və “Xocalıya ədalət!” təşəbbüsünün rolunu xüsusi qeyd etdi. Fondun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılan kampaniya 20 ilə yaxın müddətdə beynəlxalq ictimai rəyə təsir göstərib. Cənab Prezident açıq şəkildə etiraf etdi ki, Ermənistan və onu dəstəkləyən qüvvələr faciəni ört-basdır etməyə, hətta məsuliyyəti Azərbaycanın üzərinə yönəltməyə çalışırdılar. Onun sözləri ilə desək: “Əgər biz öz haqq səsimizi ucaltmasaydıq, bu gün bəlkə də dünyada Xocalı soyqırımı ilə bağlı həqiqətə uyğun məlumat olmayacaqdı.” Bu fikir göstərir ki, rəsmi Bakı üçün münaqişə yalnız hərbi müstəvidə deyil, həm də informasiya və legitimlik mübarizəsində aparılıb. 20-yə yaxın ölkənin Xocalını soyqırımı kimi tanıması dövlətimizin başçısı tərəfindən “ilk addım” kimi təqdim olunur. Bu, diplomatik zəminin hərbi mərhələ üçün formalaşdırıldığını göstərən strateji yanaşmadır.

Ölkə başçısı çıxışında ədalət prosesini mərhələlər üzrə izah etdi: Beynəlxalq tanınma və hüquqi əsasın formalaşdırılması, 44 günlük Vətən müharibəsi, Xocalının və digər ərazilərin azad edilməsi və müharibə cinayətkarlarının məhkəmə qarşısına çıxarılması. Onun əsas tezisi: “Ədaləti biz özümüz təmin etdik.” Bu ifadə Azərbaycanın xarici güclərdən asılı olmadan milli iradə əsasında hərəkət etdiyini göstərir. Cənab Prezident beynəlxalq təşkilatların və aparıcı dövlətlərin biganəliyinə işarə edərək vurğuladı ki, nəticə etibarilə ədaləti təmin edən Azərbaycan dövləti və ordusu oldu. Bu model postsovet məkanında nadir presedent kimi təqdim olunur: həm hərbi qələbə, həm tam suverenlik, həm də hüquqi məsuliyyət mexanizmi. Cənab Prezident qeyd etdi: “Cəmi 44 gün ərzində düşməni məğlubiyyətə uğratdıq, düşmən təslim oldu, kapitulyasiya aktına imza atdı.” Lakin o, qələbəni spontan hadisə kimi yox, uzunmüddətli strategiyanın nəticəsi kimi təqdim etdi: Güclü iqtisadiyyatın qurulması, müasir silahlanma və peşəkar ordu, beynəlxalq hüquqi mövqenin möhkəmləndirilməsi və strateji tərəfdaşlıqların genişləndirilməsi Bu yanaşma göstərir ki, rəsmi Bakı üçün hərbi qələbə geosiyasi planlaşdırmanın kulminasiyası idi. Cənab Prezident çıxışında 2023-cü ildə keçirilmiş qısa müddətli antiterror əməliyyatını xüsusi vurğuladı. Onun sözlərinə görə: Qanunsuz xunta rejimi ləğv edildi, 15 minlik silahlı qrup tərk-silah olundu və separatçılığın “tabutuna son mismar vuruldu” Bu ifadələr göstərir ki, dövlət rəhbərliyi üçün əsas məqsəd təkcə torpağın azad olunması deyil, suverenliyin tam və şərtsiz bərpası idi. Cənab Prezident açıq şəkildə bəyan etdi: “Bizim iradəmizə qarşı çıxanın başı əziləcək.” Bu cümlə daxili auditoriya üçün milli birlik mesajı olmaqla yanaşı, xarici aktorlara da ünvanlanmışdır. O, işğal dövründə Azərbaycana edilən təzyiqləri xatırladaraq bildirdi ki, “reallıqla barışmaq” çağırışları nəticəsiz qaldı. Bu gün isə Azərbaycan artıq 1992-ci ilin dövləti deyil – güclü iqtisadi və hərbi potensiala malik regional aktordur.
Cənab Prezidentin çıxışının mühüm hissəsi etik üstünlük tezisinə həsr olunmuşdu: “Ermənilərdən fərqli olaraq günahsız, əliyalın mülki əhaliyə qarşı heç vaxt müharibə aparmamışıq.” Bu, beynəlxalq hüquqa uyğun davranış iddiasının siyasi ifadəsidir. Azərbaycan öz hərbi əməliyyatlarını legitim özünümüdafiə və ərazi bütövlüyünün bərpası çərçivəsində təqdim edir.

Cənab Prezident çıxışında onu da dedi ki, “Bu Kompleks silinməz yaddaşımızın təcəssümü olacaq.” Memorialın məhz Xocalıda açılması xüsusi simvolik məna daşıyır: İşğalın tam başa çatması, tarixi yaddaşın doğma məkanda bərpası və qurbanların xatirəsinin azad torpaqda əbədiləşdirilməsi. Bu hadisə ədalətin mənəvi və siyasi təntənəsi kimi təqdim olunur. Cənab Prezident İlham Əliyevin çıxışı göstərdi ki, Xocalı artıq yalnız faciə simvolu deyil. O, üç əsas məna daşıyır: Tarixi yaddaşın qorunması, dövlət suverenliyinin tam bərpası və milli iradənin və siyasi qətiyyətin təntənəsi. Memorialın açılışı Azərbaycan dövlətinin mesajıdır: ədalət gecikə bilər, lakin təmin olunur – və bu dəfə onu təmin edən məhz milli iradə oldu.

David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 Fevral 2026 22:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see375

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see349

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see337

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see295

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see281

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see263

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see250

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see248

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see246

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see243

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see232

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see231

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see228

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see221

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see217

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see216

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see198

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see197

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see196

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri