Icma.az
close
up
RU
Xocalı qatilinin oğlu çətin vəziyyətdə: Lələtəpədə 700 erməni necə ölüb? ŞOK

Xocalı qatilinin oğlu çətin vəziyyətdə: Lələtəpədə 700 erməni necə ölüb? ŞOK

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistanın sabiq müdafiə naziri, Birinci Qarabağ müharibəsinin aktiv iştirakçısı və Xocalı soyqırımını törədənlərdən biri olan Seyran Ohanyanın oğlu Artur Ohanyan barəsində 44 günlük müharibəyə görə məhkəmədə proses başladılıb. 

Globalinfo.az xəbər verir ki, A.Ohanyan müharibə zamanı ermənilərin ən çox itki verdiyi iddia edilən Lələtəpə əməliyyatındakı uğursuzluğa görə ittiham olunur.

Ermənistanın Baş Prokurorluğunun yaydığı bəyanata əsasən, müharibəni araşdıran istintaq komitəsi N saylı hərbi hissənin komandiri olan Ohanyanın 2020-ci ildə 6-7 oktyabr tarixlərində xidmətini vəzifəsini icra edərkən səhlənkər davranışa yol verdiyi müəyyən edib. Məhz onun səhv qərarları nəticəsində Lələtəpədə çox sayda erməninin həlak olduğu bildirilib.

Məlumata görə, Artur Ohanyanla yanaşı 2 batalyonun komandiri də bu proses üzrə ittiham olunur. Belə ki, sentyabrın 27-də Azərbaycan ordusunun Qarabağda başlatdığı hərbi əməliyyatların qarşısının alınması və Cəbrayıl istiqamətindəki hücumların dayandırılması məqsədilə Ermənistan ordusu Lələtəpəni ələ keçirmək üçün plan hazırlayıb. Lakin ermənilərin hücum planı ağır məğlubiyyətlə nəticələnib.

Qeyd edək ki, Lələtəpə əməliyyatı nəticəsində Ermənistan ordusunun 700-dən çox itki verdiyi, 42 tankın döyüş meydanında qaldığı iddia edilir. Hərbi ekspertlərin fikrinə görə, Lələtəpə əməliyyatının uğursuzluğu separatçılar üçün dağıdıcı olub, erməni müdafiə qüvvələrinə ağır zərbə vurulub.

Xatırladaq ki, Lələtəpə Azərbaycanın Cəbrayıl rayonu ərazisində yerləşir. Bu təpə 12 fevral 1994-cü ildə Ermənistan Silahlı Qüvvələrinin işğalı altına düşüb, 2016-cı ilin aprelində baş tutan dörd günlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilib.

Ayşən Mustafa
Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 May 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see209

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see205

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see191

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see174

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see146

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see144

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri