Icma.az
close
up
RU
Xocalı şahidi: Yaşyarımlıq oğlum qəlpə yarası aldı, körpəmlə girov götürüldüm

Xocalı şahidi: Yaşyarımlıq oğlum qəlpə yarası aldı, körpəmlə girov götürüldüm

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

İyulun 11-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesi Azərbaycan ərazilərinin vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində zərərçəkmiş şəxslərin ifadələri ilə davam etdirilib.

Bakıvaxtı.az xəbər verir ki, zərərçəkmiş şəxs Mehriban Bəkirova 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımı zamanı Ermənistan silahlı qüvvələri tərəfindən girov götürüldüyünü, Xankəndiyə aparılaraq orada 10 gün girov saxlanıldığını bildirib. Həmin vaxt onun 4 azyaşlı övladı, o cümlədən bir neçə günlük körpəsi olub. Yaşyarımlıq oğlu başından qəlpə xəsarəti alıb. Girovluqda işgəncələrə məruz qalıb, ondan Xocalı aeroportunda polis qismində çalışan həyat yoldaşı Abdulla Həmzəyev barədə məlumatlar tələb edilib.

O, prokurorun sualına cavabında soyqırımından əvvəl də Xocalının mütəmadi olaraq atəşə tutulduğunu, buna görə də zirzəmiyə sığındıqlarını, körpəsini fevralın 23-də zirzəmidə dünyaya gətirdiyini söyləyib.

Zərərçəkmiş Əvəz Abbasov Kərkicahan sakini olduğunu, 1989-cu ildə ermənilərin onun və qardaşının üzərinə qumbara atdığını deyib: “Mən üçüncü sinif şagirdi idim, qardaşım Eyvaz birinci sinifdə oxuyurdu. Bizə bir qrup şəxs yaxınlaşıb dedi ki, biz azərbaycanlılardan qisas alacağıq. Mən kömək üçün adam çağırmaq istəyəndə üstümüzə qumbara atdılar. Qardaşım həlak oldu, mən isə ağır yaralandım. Şuşa, Ağdam və Bakı xəstəxanalarında müalicə olundum”.

Digər qardaşının da ermənilər tərəfindən güllələndiyini deyən Ə.Abbasov onun sonradan Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olduğunu söyləyib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:25
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 11 İyul 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Analitik baxış verilişində Əbu Dabi görüşü müzakirə edilib

11 İyul 2025 01:24see210

“Komedixana”nın aktrisasının ailəsində sevincli GÜN FOTO

10 İyul 2025 16:25see156

Bakıya karbon qazını udan süni “ağac” lazımdır?

10 İyul 2025 16:22see130

Taksilərə nəzarət artırılır Süni intellektin rolu nədən ibarət olacaq?

11 İyul 2025 01:36see127

Bugünkü döyüşü uduzduq, amma hələ müharibəni uduzmamışıq Sabah ın baş məşqçisi

10 İyul 2025 23:02see126

Cica “Qarabağ”dan ayrıldı yeni klubu da məlumdur

10 İyul 2025 21:14see126

Bu, xərçəng riskini 40 % azaldır

10 İyul 2025 16:09see124

Hacı Əliyev: Çalışıram ki, Azərbaycan güləşi daim zirvələrdə olsun AÇIQLAMA

10 İyul 2025 16:25see124

Sabah dan güclüyük Riera

11 İyul 2025 01:40see123

ABŞ da aqrar proqramlarda irq və cinsiyyət amilləri artıq nəzərə alınmayacaq

10 İyul 2025 16:26see123

Görüntüsü yayılan vəzifəli şəxs işdən çıxarıldı FOTO

12 İyul 2025 00:04see118

Kitabxananın oxucu və fəalları möhtəşəm konserti izlədilər

11 İyul 2025 21:36see118

“Putin hər şeyi korladı və Trampla münasibətlər pozuldu” “The New York Times” KONKRET

10 İyul 2025 22:01see116

12 oldular, bəy! “Kəpəz”dən daha bir lider getdi

11 İyul 2025 01:03see115

“Dinamo” Bəxtiyora görə 2 milyon verdi

12 İyul 2025 05:12see115

İranlı rəsmidən Trampa təhdid: “Dron onu vura bilər”

10 İyul 2025 21:09see114

Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu Dabi görüşü uğurlu olub

10 İyul 2025 23:51see113

Husi açıqladı: Gəmilərə hücumu davam etdirəcəyik!

10 İyul 2025 19:19see111

KİV: Netanyahu hakimiyyəti saxlamaq üçün Qəzzada müharibəni qəsdən uzadıb

12 İyul 2025 05:55see111

Ayın uzaq tərəfinin sirri açıldı Trilyon atom bombasının...

10 İyul 2025 20:44see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri