Xocalı sakini: Bu gün həsrətin bitdiyi, arzuların, ümidlərin gerçəkləşdiyi gündür
Azertag saytına istinadən Icma.az xəbər verir.
Xocalı, 22 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Ömrümüzün 30 ilindən çoxunu yurd həsrəti ilə “Vətən, Vətən...”, - deyərək keçirdik. Doğma yurdumuza qayıtmaq arzusu, ümidi ilə yaşadıq. Bu gün həsrətin bitdiyi, arzuların, ümidlərin gerçəkləşdiyi gündür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Xocalıya köç edən keçmiş məcburi köçkün Azər Ələsgərov söyləyib.
“Sevincimizin həddi-hüdudu yoxdur, doğma yurdumuza qovuşuruq. Bu sevinci bizə bəxş edən Prezidentimizə, Ordumuza minnətdaram”, - deyə o bildirib.
Qeyd edək ki, bu gün respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalıya yola salınıb. Bu mərhələdə Xocalı şəhərinə 1 ailə (5 nəfər), Ballıca kəndinə isə 8 ailə (29 nəfər) köçürülür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 22 May 2025 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















