Icma.az
close
up
RU
“Xocalı soyqırımı əsrin faciəsidir” adlı dəyirmi masa keçirilib

“Xocalı soyqırımı əsrin faciəsidir” adlı dəyirmi masa keçirilib

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

25 fevral 2026-cı il tarixdə  YAP Samux rayon təşkilatında  ərazi partiya təşkilat sədrlərinin, partiya fəallarının iştirakı ilə  “Xocalı soyqırımı əsrin faciəsidir” adlı dəyirmi masa keçirilib.

Əvvəlcə, Ulu Öndər Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dəyirmi masanı giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov  Xocalı soyqırımının XX əsrin sonlarında insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu  və bu faciənin  Azərbaycan xalqının qan yaddaşında silinməz iz qoyduğunu bildirib. Qeyd edib ki,1992-ci ilin 26 fevralında dinc əhaliyə qarşı həyata keçirilən kütləvi qırğın beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması olmaqla yanaşı, bütövlükdə bəşəri dəyərlərə qarşı yönəlmiş vəhşilik idi. Vurğulayıb ki, Azərbaycan dövləti Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl və prinsipial siyasət həyata keçirir və bu istiqamətdə mühüm nəticələr əldə olunub. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması şəhidlərimizin ruhuna ən böyük ehtiramın ifadəsidir. Bu gün işğaldan azad olunmuş Xocalıda aparılan genişmiqyaslı tikinti-quruculuq işləri, infrastruktur layihələri və Böyük Qayıdış proqramının icrası tarixi ədalətin bərpasının bariz nümunəsidir.

Daha sonra dəyirmi masada iştirak edən Samux rayon İcra Hakimiyyəti Başçısının müavini- ictimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova, Samux rayon Ağsaqqallar Şurasının sədri Fidayıl Əliyev,  Samux rayon İcra Hakimiyyəti Başçısının Aparatının ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdir müavini- Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qurban Həsənov, Samux şəhər 3 saylı tam orta məktəbin tarix müəllimi Səlminə Məmmədova çıxış edərək Xocalı faciəsinin Azərbaycan xalqına qarşı həyata keçirilmiş soyqırımı aktı olduğunu vurğulayıblar.

Çıxışlarda Xocalı həqiqətlərinin beynəlxalq müstəvidə tanıdılması istiqamətində aparılan fəaliyyətin milli maraqlarımızın qorunması baxımından mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılıb. Bildirilib ki, xalqımız heç vaxt öz tarixini unutmur və şəhidlərin əziz xatirəsi daim uca tutulur. Eyni zamanda vurğulanıb ki, bu gün azad olunmuş Xocalıda həyata keçirilən bərpa və yenidənqurma işləri, müasir infrastrukturun qurulması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı dövlətimizin gücünü və siyasi iradəsini nümayiş etdirir. Çıxış edənlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyini xüsusi qeyd edərək, Xocalı həqiqətlərinin gələcək nəsillərə çatdırılmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu bildiriblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 Fevral 2026 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri