Xocalı soyqırımı Ukraynada yad edildi VİDEO
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
Xocalı soyqırımı qurbanları Ukraynanın paytaxtı Kiyev şəhərində də anılıblar.
Kiyev Milli Akademik Opera Teatrında təşkil olunan anım mərasimində Ukraynada akkreditə olunmuş səfirlər, ukraynalı ziyalılar və tələbələr iştirak ediblər.
Moderator.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilir.
Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə Xocalıya ədalət kampaniyası çərçivəsində dünyanın bir sıra ölkələrində, o cümlədən Amerika Birləşmiş Ştatlarının 18 ştatında Xocalı soyqırımı tanıdılıb.
Səfir qeyd edib ki, əgər dünya ictimaiyyəti Xocalı soyqırımına vaxtında hüquqi qiymət versəydi, bəlkə də, dünyanın başqa yerlərində baş vermiş sonrakı soyqırımıların qarşısını almaq olardı.
Kiyev Milli Universitetinin rektoru Volodimir Buqrov vurğulayıb ki, Xocalı soyqırımında günahkar olan hər kəs cəzalandırılmalıdır:
"Ədalətli məhkəmə olmalıdır ki, bu faciə üzərində şərti nöqtə qoyulsun və günahsız qurbanların nəsillərinə öz doğma torpağında rahat yaşamağa, işləməyə, suveren dövlətində xoşbəxt gələcək qurmağa imkan versin. Azərbaycan bu istiqamətdə ilk və heyrətamiz nümunə göstərdi. Azərbaycan xalqına və hakimiyyətinə, universitetimizin fəxri doktoru, Prezident İlham Əliyevə təşəkkür edirəm ki, Azərbaycana bu qalibiyyəti yaşatdı".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 26 Fevral 2026 23:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















