Xocalıda 147 sakin tibbi müayinədən keçirilib
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
İşğaldan azad olunmuş Xocalı rayonunda “Böyük Qayıdış” Proqramı çərçivəsində səyyar tibbi aksiya keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, aksiya Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun mütəxəssisləri tərəfindən həyata keçirilib.
Tibbi müayinələrin əsas məqsədi əhalinin sağlamlıq vəziyyətini qiymətləndirmək, xəstəlikləri erkən mərhələdə aşkarlamaq və tibbi xidmətlərin əlçatanlığını artırmaq olub.
Xüsusi avadanlıqlarla təchiz edilmiş mobil klinika və modul tipli səyyar laboratoriya vasitəsilə sakinlərə yaşadıqları ərazidə müxtəlif diaqnostik xidmətlər göstərilib.
Aksiya çərçivəsində pulmonoloq, ftiziatr, allerqoloq və kardioloqlar, eləcə də şüa diaqnostikası və laboratoriya mütəxəssisləri fəaliyyət göstəriblər. Sakinlər üçün flüoroqrafiya, rentgen, elektrokardioqrafiya (EKQ), exokardioqrafiya, ultrasəs müayinəsi (USM), spirometriya, Mantu sınağı və arterial qanın qaz tərkibinin analizi aparılıb.
Müayinələr zamanı sağlamlıq problemləri aşkarlanan şəxslərə tibbi tövsiyələr verilib, zəruri hallarda müalicə təyin olunub və əlavə müayinələr üçün ixtisaslaşmış həkimlərə yönləndirmələr edilib.
Ümumilikdə, aksiya zamanı Xocalının 147 sakini tibbi müayinələrdən keçib. Sakinlərə, həmçinin ağciyər xəstəliklərinin risk faktorları, ilkin əlamətləri və profilaktikası barədə məlumat verilib.
Səhiyyə Nazirliyinin məlumatına görə, “Böyük Qayıdış” Proqramı çərçivəsində səyyar tibbi müayinələrin işğaldan azad olunmuş digər ərazilərdə də davam etdirilməsi nəzərdə tutulur.
Baxış sayı:135
Bu xəbər 16 Oktyabr 2026 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















