Icma.az
close
up
RU
Xocalıda ermənilərə etiraz edən gənc rus əsgərin müəmmalı ÖLÜMÜ

Xocalıda ermənilərə etiraz edən gənc rus əsgərin müəmmalı ÖLÜMÜ

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Aleksey Şadrinov 1973-cü ildə Voloqrad əyalətinin Belzoresk şəhərində anadan olub. 

13 yaşından şeirləri dərc edilməyə başlayır. Gənc şair kimi prespektivi olacaq Alekseyi 1991-ci ildə hərbi xidmətə çağırırlar. Bir müddət Rusiyada xidmət etdikdən sonra onu 366-cı alaya təhkim edirlər və onlarla birgə Xankəndiyə gəlir. İlk günlərdən ermənilərin etdikləri vəhşilikləri görən Aleksey evlərinə yazdığı məktubda qeyd edirdi: 

"Mən hərbi xidmətdə hər cür çətinliyə dözərəm, bütün qara və ağır işləri görə bilərəm. Lakin burdakıların digərlərinə (azərbaycanlılara) qeyri-insani münasibətini görüb dözə bilmirəm". 

O, ermənilərin rus zabitləri ilə Azərbaycanın Xocalı şəhərinə böyük hücum planı hazırladığını bilirdi. Şair qəlbli gənc bu döyüşdə iştirak etməyəcəyini və Müdafiə Nazirliyinə müraciət edəcəyini bildirir. Zabitlərin onu bir neçə dəfə döyməsinə baxmayaraq, 19 yaşlı Aleksey Xocalıya hücum və ordudan kənar şəxslərin (ermənilər, ərəblərin, kürdlər, muzdlular) hərbi hissədə etdikləri barədə nazirliyə məlumat verəcəyini bildirir. 

Onun çavuşu İrsbayev adlı qazax idi və onu döyüş planları barədə məlumat almaması üçün mətbəxə 11 günlük növbətçi təyin edir. Oranə təmizləməyi əmr edir və dəfələrlə onu alçaldır. Xəbərdar edir ki, onlara yaxşı pul verəcəklər, evinə qayıdıb yaxşı yaşaya bilər. 

Lakin Aleksey mövqeyindən dönmür. Nəticədə 23 fevral 1992-ci ildə onu mətbəxdən asılmış vəziyyətdə tapırlar. Erməni həkimlər və rus zabitlərindən 366-cı alaya rəhbərlik edən polkovnik Zaviqarov Yuri Yureviç və Nabokix Yevgeni Aleksandroviç birgə sənəd verirlər ki, guya onun üzərində zorakılıq əlamətləri aşkar edilməyib. 

Beləcə, Xocalı soyqırımı ilk rus gənc əsgərin ölümü ilə başlayır. Alekseyin ailəsi dəfələrlə müraciət edib ölüm səbəbini aşkarlamaq istəsələr də, ozamankı Rusiya Müdafiə Nazirliyi eyni sözü deyir. Anasının müsahibəsindən:  

“Üzündə qançırlar var idi... Çənə sınmışdı... Və onun meyiti yoxlamaq qərarına gəldik. Açdılar, qoxu yox idi. Tabut böyük otaqda dayanmışdı, qış idi, su basmışdı, otağın pəncərələri açılmırdı. Amma cəsəddə heç bir çürümə əlaməti yox idi. Mən intiharlar görmüşəm - ikinci gün iy verirlər. Oğlumun üzərinə bu əlamət yox idi. Onu öldürüblər". 

Ailəsinin Alekseyin əsgər yoldaşlarından aldığı məlumata görə, onu erməni terrorçuları şikayət etməməsi üçün asıblar. 

Zaur Əliyev, dosent
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Sentyabr 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri