Xocalıda su təchizatı sahəsində görülən işlər açıqlanıb
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Xocalı rayonunun Ballıca, Təzəbinə, Badara, Xanyurdu, Şuşakənd kəndlərinin mövcud su təchizatı sistemi bərpa edilərək istismar olunur, digər Xanabad, Seyidbəyli kəndlərinin isə su təchizatı yenidən qurulub.
Bu barədə “APA-Economics”ə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.
Qeyd edilib ki, Ballıca kəndinin dayanıqlı su təchizatı üçün Badara-Xankəndi magistral su kəmərindən D160mm, L=1.3 km su xətti inşa edilib.
Xocalı şəhərində fəaliyyəti bərpa edilimiş dövlət qurumlarına, və müxtəlif təşkilatların işçilərinin məskunlaşdığı 364 stehlakçıya xidmət göstərilir.
Əsgəran qəsəbəsinin su təchizatı üzrə aparılmış araşdırmalara əsasən qəsəbənin su mənbəyi badara çayında drenaj tipli suqəbuledici qurğudan suyunD325mm, 7 km məsafədən şəhərdə yerləşən su anbarına nəql olunur.
Qəsəbənin relyefinə görə 1 zonaya bölünmüş zona üzrə su anbarı (2x750m3) mövcuddur. Şəhərin şəbəkəsi polietilen borulardan (D63-110mm, L=12 km) ibarətdir, suyun uçotunun aparılması üçün yeraltı quyularda quraşdırılmış su sayğacları mövcuddur.
Əsgəran şəhərində fəaliyyəti bərpa edilimiş dövlət qurumlarına, və müxtəlif təşkilatların işçilərinin məskunlaşdığı 50 istehlakçıya xidmət göstərilir.
“Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq Xocalı şəhərinə 145 ailə , kəndlərə isə (Xanyurdu, Daşbulaq, Badara, Təzəbinə, Seyidbəyli, Xanabad, Şuşakənd) ümumi 877 ailə köçürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 03 İyun 2026 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















