Xocalıda yanğına səbəb olan şəxs saxlanılıb
Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Murad Abdulxalıqov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub
Avqustun 4-də Xocalı rayonunun Xanyurdu kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan AYNA.AZ-a bildirilib ki, araşdırmalarla yanğının 2004-cü il təvəllüdlü Murad Abdulxalıqovun ərazidə məişət tullantılarını yandırdığı ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.
Hadisə nəticəsində təxminən 500 kv.m sahədə kol-kos yanıb.
Murad Abdulxalıqov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

Xocalıda yanğına səbəb olan şəxs saxlanıldı
05 Avqust 2025 11:53
Xocalıda yanğına səbəb olan şəxs saxlanıldı FOTO
05 Avqust 2025 13:00
Xocalıda əmək hüquqlarını pozan şəxs cərimələndi
09 Dekabr 2024 17:55
Xocalıda əmək hüquqlarını pozan hüquqi şəxs cərimələndi
09 Dekabr 2024 17:08
Xocalıda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub
06 Avqust 2025 09:50

