Icma.az
close
up
RU
Xocalının daha iki kəndinə köç karvanı gedib (Yenilənib)

Xocalının daha iki kəndinə köç karvanı gedib (Yenilənib)

Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Bu gün Xocalı rayonunun Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç yola salınıb.
Reyting.az
xəbər verir ki, bu dəfə Təzəbinəyə 16 ailə (66 nəfər), Xanyurduna isə 11 ailə (38 nəfər) köçürülüb.
Qeyd edək ki, bununla da Təzəbinə kəndinə köçürülən ailələrin sayı 126-ya (567 nəfər), Xanyurduda məskunlaşan ailələrin sayı isə 110-a (378 nəfər) çatıb.
***
Bu gün Xocalı rayonunun Təzəbinə kəndinə köçən ümumilikdə 66 nəfərdən ibarət 16 ailə yenidən bərpa edilmiş evlərə yerləşdirilib.

Bunu Reyting.az-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.
Sakinlər doğma yurdunda qarşılandıqdan sonra, onlara evlərin açarlarını Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev təqdim edib. O, sakinləri təbrik edərək, onların yeni evlərdə sağlam, xoşbəxt və təhlükəsiz yaşamalarını arzulayıb.
M. Əfəndiyev çıxışında qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-tikinti işləri uğurla davam etdirilir. Bu işlər həm regionda həyatın normallaşmasına, həm də sakinlərin öz doğma torpaqlarına dönməsinə xidmət edir.
Yeni məskunlaşan ailələr təhvil verilən evlərin bütün şəraitlə təmin olunduğunu bildirərək, göstərilən diqqət və qayğıya görə təşəkkür ediblər.
***
Noyabrın 25-də 38 nəfərdən ibarət 11 ailə Xocalı rayonunun Xanyurdu kəndinə qayıdıb.
Reyting.az
-ın məlumatına görə, evlərin açarlarının təqdimat mərasimində çıxış edən Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev bildirib ki, dövlət başçısının tapşırığına uyğun olaraq, köçürülən ailələrin sosial təminatı və məşğulluğu istiqamətində kompleks tədbirlər həyata keçirilir. Sakinlər üçün iş imkanları yaradılır, sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlərə bütün zəruri dəstək göstərilir.
***





Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:200
embedMənbə:https://reyting.az
archiveBu xəbər 26 Noyabr 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri