Xocalının Təzəbinə kənd sakini: Sanki yenidən yaşamağa başlamışıq
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
İyulun 14-ü Xocalının Təzəbinə kəndinə qayıdan 28 ailədən birinin üzvü Məhyəddin Əmiraslanov 33 illik məcburi köçkün həyatını ömürdən yaşamadığını və köçdən sonra sanki yenidən yaşamağa başladığını deyib.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, Təzəbinə kənd sakini Qarabağ müharibəsinin ilk günlərindən doğma yurdunun müdafiəsinə qalxanlardan biri olub.
Məhyəddin Əmiraslanov söhbətində qeyd edib ki, münaqişənin ilk günlərindən ermənilər dəfələrlə kəndlərinə hücum ediblər:
"Kəndimizə edilən hücumlar sovet ordusu əsgərləri ilə birgə həyata keçirilirdi. Kəndimizin işğalından sonra İmişli rayonuna, bir müddət orda qalandan sonra isə Pirşağıya köçdük. Doğma yurdumuza dönən günə qədər də orada yaşadıq. Beş gün olar ki, doğma yurdumuza qayıtmışıq. Elə bilirəm ki, 33 ildə çəkdiyimiz çətin anlar heç olmayıb. Sanki, həyatımızın ilk günlərini indi yaşayırıq. Hətta təsəvvür edirdim ki, o zaman qoyub çıxdığım evimi necə var elə də görəcəyəm. Amma hər şeyin tam əksi oldu. Çünki evimiz tam təmirli şəkildə təhvil verildi".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 19 İyul 2025 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















