Icma.az
close
up
RU
Xocalının yaraları sarınır: Ballıca kəndinə ilk köç gerçəkləşib

Xocalının yaraları sarınır: Ballıca kəndinə ilk köç gerçəkləşib

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Xocalı rayonunun erməni işğalından azad edilmiş Ballıca kəndinə Böyük Qayıdış proqramı çərçivəsində ilk köç gerçəkləşib. 32 ildən sonra Xocalının Ballıca kəndinə köçən ailələrə açarları təqdim edilib. Xocalı sakinlərini Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov qarşılayıb. E.Yusubov mənzillərin açarlarını ailələrə təqdim edərək, onlara doğma yurdlarında xoşbəxt və firavan həyat arzulayıb. Yenidən bərpa edilən kənd su, qaz, elektrik enerjisi ilə təchiz olunub, internet xətti çəkilib. Tibb və polis məntəqələri binaları, 200 şagird yerlik tam orta məktəb və 35 çarpayılıq uşaq bağçası da sakinlərin ixtiyarına verilir. 

Qeyd edək ki, Xocalı rayonunun Ballıca kəndi şəhər mərkəzindən 10.6 km metr məsafədə yerləşir. 1992-ci ildə Ermənistan ordusu tərəfindən işğal edilib. 2023-cü ildə sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror əməliyyatları nəticəsində Ballıca kəndi düşmən tapdağından azad olunub.


Xocalı sakinlərinin, keçmiş məcburi köçkünlərin nəhayət ki, 32 ildən sonra öz vətənlərinə qayıtmalarının sevincini yaşadıqlarını vurğulayan Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov “Sherg.az”a açıqlamasında deyib ki, orada həyat yenidən canlanır:

 “Xocalının yaraları sarınır. 44 günlük İkinci Qarabağ savaşından və 23 saatlıq antiterror əməliyyatından Zəfərlə çıxan Azərbaycan dövləti vaxt itirmədən bir tərəfdən erməni vandalizmi nəticəsində viran qalmış ərazilərimizin dirçəlişi işlərini davam etdirir, digər tərəfdən isə Böyük Qayıdış çərçivəsində addımlar ataraq müharibənin vurduğu yaraları sarımağa səy göstərir. Bu gün Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Xocalıya növbəti köç karvanının yola salınması da sözügedən addımlardan biridir. Belə ki, bu gün Xocalının Ballıca kəndinə ilk mərhələ üçün 27 ailə (152 nəfər) köçürüldü. 

Bildiyimiz kimi, Azərbaycan Ordusunun 2023-cü ilin sentyabr ayının 19-20-də keçirdiyi lokal antiterror əməliyyatları nəticəsində işğaldan azad olunmuş Xocalıya ilk köç bu ilin may ayında baş tutub. Sonrakı aylarda da bu proses davam etdirilib. İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi Xocalı şəhərində və ətraf kəndlərdə də genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Bütün bu işlər məhz Böyük Qayıdışa dair birinci Dövlət Proqramının icrası çərçivəsində aparılır. Başqa sözlə desək, Xocalı şəhəri yenidən salınır. Vaxtilə erməni qəsbkarlarının qan gölünə çevirdikləri Xocalıda indi həyat yenidən dirçəlir. 

Doğma yurdlarına qayıdan Xocalı sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyevə təşəkkür edir, torpaqlarımızı düşmən tapdağından azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə, qazilərimizə öz şükran və minnətdarlıqlarını bildirirlər. Ərazi bütövlüyümüz və suverenliyimizin bərpası uğrunda canlarından keçən şəhidlərimiz də unudulmur. Onların da ruhuna dualar oxunur, xatirələri əziz tutulur.

Şuşaya, Xankəndiyə, Laçına, Xocalıya Böyük Qayıdış prosesi bundan sonra da uğurla davam etdiriləcək. Hazırda işğaldan azad olunmuş ərazilərdə 30 min nəfərdən çox yurddaşımız məskunlaşıb. 2025-ci ildə qayıdış prosesi daha intensiv xarakter alacaq. Vaxtilə Ermənistanın təcavüzkar siyasəti nəticəsində Qarabağ bölgəsindən vəhşicəsinə qovulan vətəndaşlarımızın indi öz doğma yurdlarına qayıtması onların təbii haqqı və hüququdur. Bu gün Qarabağımıza baş tutan hər bir köç mərhələsi ermənilərə vurulan ağır psixoloji zərbə deməkdir. Lakin bu məsələ təkcə psixoloji zərbə ilə bitməyəcək. Biz Xocalı soyqırımını törədən canilərin hüquqi cəza almasına da nail olacağıq. Xocalı faciəsini törədənlər ədalət məhkəməsi önündə cavab verəcəklər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Dekabr 2024 22:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri