Xocalıya növbəti köç oldu FOTO
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Mayın 26-da Xocalı rayonuna növbəti köç olub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Redaktor.az-a verilən məlumata görə, bu gün rayonun 5 kəndinə ümumilikdə 29 nəfərdən ibarət 9 ailə qayıdıb.
Köç edən sakinlərə yeni mənzillərinin açarları təqdim olunub. Köç prosesi çərçivəsində Xanabad kəndinə 2 ailə olmaqla 9 nəfər, Badara kəndinə 2 ailə olmaqla 4 nəfər, Ballıca kəndinə 1 ailə olmaqla 1 nəfər, Təzəbinə kəndinə 1 ailə olmaqla 3 nəfər, Xanyurdu kəndinə isə 3 ailə olmaqla 12 nəfər köçürülüb. Sakinlər tam bərpa olunan və müasir infrastrukturla təmin edilən evlərində məskunlaşıblar. Köçürülən ailələr dövlətin yaratdığı şəraitdən məmnunluqlarını ifadə edərək, doğma yurdlarına qayıtmağın sevincini yaşadıqlarını bildiriblər.
Qeyd edək ki, işğaldan azad olunan ərazilərdə həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində əhalinin mərhələli şəkildə doğma torpaqlarına köçürülməsi davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 26 May 2026 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















