Xocalıya qayıdan sakin: Adama yuxu kimi gəlir bu köç
Icma.az, Oxu.az saytına istinadən bildirir.
"Adama yuxu kimi gəlir bu köç. İçimizdə bir qorxu var ki, qəfil bu yuxudan oyanarıq".
Bunu Oxu.Az-a açıqlamasında bu gün Xocalı şəhərinə köç edən keçmiş məcburi köçkün Gültəkin Qaraşova deyib.
O qeyd edib ki, bu gün ömrünün ən sevincli anlarını yaşayır:
"O qədər həyəcanlıyam ki, bu həyəcanı sözlə ifadə etməkdə çətinlik çəkirəm. Xocalıya qayıdacağımıza həmişə içimizdə bir ümid olub, amma həm də bir narahatlıq olub. Bu gün elə bil bir yuxudur. Adam inana bilmir ki, bir neçə saatdan sonra əbədi olaraq öz torpağına - Xocalıya qayıdacaq.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
Xatırladaq ki, bu gün növbəti köç karvanı Xocalı şəhərinə yola salınır. Bu mərhələdə daha 33 ailə (137 nəfər) öz doğma yurduna köçürülür.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.
Rövşən Əsədov
Baxış sayı:98
Bu xəbər 28 Aprel 2025 07:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















