Xocavənd sakini: Uzun illərdən sonra doğma yurda qayıtmaq böyük xoşbəxtlikdir
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 17 dekabr, AZƏRTAC
Sevincimizin həddi-hüdudu yoxdur. Çünki öz vətənimizə, öz doğma yurdumuza qayıdırıq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə köç edən keçmiş məcburi köçkün Alvita İsmayılova deyib.
O, doğma yurda qayıtmağın böyük xoşbəxtlik olduğunu bildirib.
"Uzun illərdən sonra yenidən doğma yurda qayıtmaq böyük xoşbəxtlikdir. Bu günə çox şükür edirik. Gedib orada yaşayacağıq, təsərrüfatla məşğul olacağıq, zəhmətimizlə dolanacağıq", - deyə Xocavənd sakini əlavə edib.
Bu vaxta qədər Müşfiqabad qəsəbəsində məcburi köçkün kimi yaşadığını qeyd edən A.İsmayılova qəhrəman Azərbaycan Ordusuna minnətdarlığını bildirib, şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 17 Dekabr 2025 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















