Icma.az
close
up
RU
Xocavəndə Böyük Qayıdış: 1485 nəfər doğma yurduna qovuşub

Xocavəndə Böyük Qayıdış: 1485 nəfər doğma yurduna qovuşub

Icma.az, Azertag saytına istinadən bildirir.

Xocavənd, 27 fevral, AZƏRTAC

Bu gün Xocavəndin vüqarlı dağları illərin ağır kədərini üzərindən ataraq yeni və işıqlı bir sabaha gülümsəyir. 1992-ci ilin payızında işğala məruz qalan bu qədim yurd yerimiz 2023-cü ilin sentyabrında rəşadətli Ordumuzun həyata keçirdiyi antiterror əməliyyatı ilə yenidən öz həqiqi sahiblərinə qovuşub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin elə həmin il oktyabrın 15-də ucaltdığı üçrəngli Bayrağımız indi Xocavənd şəhərinin səmalarında azadlıq rəmzi kimi dalğalanmaqdadır.

AZƏRTAC-ın müxbiri Xocavənd şəhərində olub, burada aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini, doğma yurda qayıdan sakinlərin sevincini və şəhərin yenidən həyat qazanmasının canlı mənzərəsini izləyib. Şəhərdə aparılan tikinti işləri, bərpa olunan evlər, yenilənən kommunikasiya xətləri və insanların üzündəki ümid dolu təbəssüm Xocavəndin artıq keçmişin ağrılarını geridə qoyduğunu aydın şəkildə göstərir. Uzun illərin həsrətindən sonra doğma ocaqlarına dönən sakinlər yeni başlanğıcın sevincini yaşayaraq gələcəyə böyük inamla baxırlar.

Xocavəndin küçələri ilə addımlayarkən hər tərəfdə canlanmanın şahidi oluruq. Vaxtilə mövcud olan 980 evin 133-ü yararsız, 847-si isə qismən yararlıdır. Qismən yararlı evlərdən 55-i artıq istismara hazırdır. Bu il ərzində daha 792 ev təmir ediləcək.

Cəmi bir neçə gün əvvəl Xocavənd şəhərinə 50 ailə - 194 doğma sakin qayıdıb, insanlar bir-birilərini təbrik edib, uzun illərin həsrətini silib atıblar. Bu, sadəcə bir rəqəm deyil, 194 ürəyin illərlə çəkdiyi yurd həsrətinin vüsala çevrilməsidir.

Ötən ilin sentyabrından indiyədək Xocavəndin 5 yaşayış məntəqəsinə - Xocavənd şəhərinə 50 ailə (194 nəfər), Qırmızı Bazar qəsəbəsinə 142 ailə (604 nəfər), Sos kəndinə 85 ailə (360 nəfər), Hadrut qəsəbəsinə 58 ailə (233 nəfər), Xocavənd kəndinə isə 20 ailə (94 nəfər) qayıdıb. Ümumilikdə 355 ailə - 1485 nəfər artıq dədə-baba torpaqlarında yeni həyatın təməllərini atıb.

Vaxtilə işğal dövründə viran qoyulmuş, sükuta qərq olmuş Xocavənd şəhəri indi dövlətimizin göstərdiyi böyük diqqət və qayğı nəticəsində sanki yenidən doğulur, müasir və çiçəklənən bir məkana çevrilir. İnfrastrukturun sürətlə yenilənməsi, küçələrin abadlaşdırılması və yeni həyatın nəfəsi hər addımda özünü büruzə verir. Xocavəndin azad nəfəsi və pəncərələrdən süzülən yeni, isti evlərin işığı təkcə bir kəndin və ya şəhərin dirçəlişi deyil, həm də xalqımızın sarsılmaz birliyinin, dövlətimizin qüdrətinin və Zəfərin parlaq təntənəsidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Fevral 2026 21:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri