Xocəsənin əsas yolunda piyada səkisi yoxdur VİDEO
Icma.az, Metbuat portalına istinadən məlumat verir.
Binəqədi rayonu Xocəsən qəsəbəsində yerləşən 103 nömrəli məktəbə aparan yolda piyada səkilərinin və kiçidinin olmaması ciddi narahatlıq doğurur. Bu vəziyyət həm gündəlik hərəkəti çətinləşdirir, həm də yol-nəqliyyat hadisələri ehtimalını artırır.
Məsələ ilə bağlı Xocəsən bələdiyyəsinin komissiya sədri Şakir Niftiyev Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, görüntülərdəki ərazi Çingiz Xan küçəsidir:
“Həmin ərazidə yolun bir tərəfindən digər tərəfinə keçmək üçün yerüstü piyada keçidi mövcuddur. Lakin piyada yolu ilə bağlı problem asfaltlama işləri zamanı yaranıb. Həmin yolun çəkilişinə vaxtilə Avtomobil Yolları Dövlət Agentliyi məsul olub və işləri də onlar aparıblar”.
Bələdiyyə nümayəndəsi qeyd edib ki, aidiyyəti qurumlara məsələ ilə bağlı rəsmi müraciət hazırlanacaq.
Sevinc İbrahimzadə / Metbuat.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 29 May 2025 19:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















