Xorvatiya mətbuatı Mahir Emreli haqda yazdı: Son üç matçda vurduğu dördüncü qol oldu
Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xorvatiya mətbuatı Almaniyanın “Nürnberq” klubunun azərbaycanlı hücumçusu Mahir Emrelinin 2-ci Bundesliqanın 31-ci turunda “Fortuna”(Düsseldorf) klubuna qarşı keçirdikləri oyunda (3:3) vurduğu qolu şərh edib.
Sportal.az xəbər verir ki, “Index.hr” nəşri millimizin üzvü barədə bunları yazıb:
“Mahir Emreli “Nürnberq”in heyətində daha bir qol vurdu. Zaqreb "Dinamo"sunun sabiq hücumçusu "Fortuna" ilə matçda komandasının ikinci qoluna imza atdı. Düsseldorf klubunun hücumundan sonra “Nürnberq” əks-hücuma keçdi və Yander topu Emreliyə ötürdü. O da 35 metrdən topu boş qapıdan keçirərək, komandasının üstünlüyünü artırdı. Bu, onun son üç matçda vurduğu dördüncü qol oldu”.
Xatırlayırıq ki, Emreli mövsümün əvvəlində "Dinamo"dan ayrılaraq Almaniya klubuna keçdi. Bu mövsüm o, 20 liqa matçında 7 qol vurub.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 28 Aprel 2025 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















