Xorvatiya Prezidenti Azərbaycan dövlət başçısına başsağlığı verib
Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.
Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Məktubda deyilir: "Hörmətli cənab Prezident.
“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında faciəvi şəkildə qəzaya uğraması nəticəsində insanların həlak olması ilə əlaqədar Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan onların ailələrinə və bütün Azərbaycan vətəndaşlarına dərin hüznlə başsağlığı verirəm.
Bu kədərli vaxtda Azərbaycan xalqı ilə həmrəyliyimizi bildirir, yaralıların tezliklə sağalmalarını arzulayırıq.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Xorvatiya Prezidenti Azərbaycan dövlət başçısına təbrik məktubu ünvanlayıb
23 Dekabr 2024 17:22
Slovakiya Prezidenti Azərbaycan dövlət başçısına başsağlığı verib
26 Dekabr 2024 16:47
Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviçdən
23 Dekabr 2024 17:23
Azərbaycan prezidenti Rumıniyanın dövlət başçısına təbrik ünvanlayıb
01 Dekabr 2024 11:17
Xorvatiya Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanladı Yeni Çağ Media
27 Dekabr 2024 19:36
