Icma.az
close
up
RU
Xorvatiyada Zəfər Günü qeyd olunub

Xorvatiyada Zəfər Günü qeyd olunub

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Azərbaycanın Xorvatiyadakı səfirliyinin təşkilatçılığı ilə Zaqrebdə Zəfər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Xorvatiyanın dövlət qurumlarının rəsmiləri, Xorvatiya Parlamentinin üzviləri, bu ölkədə akkreditə olunan diplomatik korpusun rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri, ictimai təşkilatların rəhbərləri, elm, mədəniyyət və incəsənət xadimləri, həmçinin media nümayəndələri iştirak ediblər.

Azərbaycan və Xorvatiyanın Dövlət himnləri səsləndirilib, Vətən müharibəsindən bəhs edən videoçarxlar nümayiş olunub.

SİA xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın Xorvatiyadakı səfiri Anar İmanov Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq siyasəti və onun ağır nəticələri, işğal nəticəsində Azərbaycanın şəhər və kəndlərinin tamamilə viran edilməsi, Vətən müharibəsinin başlanması, Ermənistan tərəfindən Azərbaycanın müxtəlif iri şəhər və yaşayış məntəqələrinin bombalanması, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun əldə etdiyi Zəfər barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Diplomat azad olunmuş ərazilərimizin yeni texnologiyalar əsasında, ekoloji layihələr həyata keçirilməklə bərpa olunduğunu bildirib. Həmin ərazilərdə yalnız yaşıl enerjidən istifadə olunacağını vurğulayan səfir, iqlim dəyişikliyi ilə mübarizə mövzusunun ölkəmiz üçün vacib olduğunu, bir neçə gündən sonra Azərbaycanın ən mötəbər beynəlxalq tədbirlərdən biri olan COP29-a ev sahibliyi edəcəyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Xorvatiya Parlamentinin Konstitusiya Komitəsinin sədri İvan Malenica Azərbaycan və Xorvatiyanın dost ölkələr olduğunu, ölkələrimizin oxşar tarixi yol keçdiyini, hər iki xalqın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə apardığını, ağır müharibələrdən keçərək güclü müstəqil dövlətlərə çevrildiyini bildirib.

İvan Malenica ölkələrimiz arasında uğurlu əməkdaşlıqdan danışaraq, Azərbaycanın Xorvatiya üçün Cənubi Qafqaz bölgəsində əsas tərəfdaşı olduğunu, Xorvatiyanın Azərbaycan ilə dostluq və strateji tərəfdaşlıq əlaqələrinə xüsusi önəm verdiyini, əlaqələrin bütün sahələrdə inkişafında maraqlı olduğunu, son illərdə ölkələrimiz arasında yüksəksəviyyəli qarşılıqlı səfərlərin sayının artdığını məmnuniyyətlə vurğulayıb.

Tədbir ziyafətlə davam etdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Noyabr 2024 22:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see422

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see365

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see261

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see249

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see228

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see224

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see217

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see214

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see212

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see210

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see190

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see187

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see180

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see176

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see175

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see173

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see172

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see170

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see163

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri