Xoşbəxtəm: Alsu keçmiş ərinə bütün təhqirləri bağışladığını söylədi…
Sia Az saytına istinadən Icma.az xəbər verir.
Ötən ilin avqustunda məhkəmə müğənni Alsou ilə iş adamı Yan Abramov arasında nikahı rəsmən pozub. Bu yaxınlarda keçmiş həyat yoldaşları əmlakın bölünməsi ilə bağlı barışıq razılaşması əldə etdilər. Sənətçi xoşbəxt olduğunu və Abramovu artıq bağışladığını etiraf edib.
Abramovun vəkili Aleksandr Dobrovovinskinin sözlərinə görə, müğənni həm keçmiş ərinə, həm də qohumlarına qarşı iddialarından imtina edib.
Dobrovovinski Telegram kanalında "İddia geri götürüldükdən sonra Alsu daha məhkəmədə oxşar tələblər irəli sürə bilməyəcək" deyib.
SİA-nın məlumatına görə, barışıq razılaşmasını şərh edən Alsu, iddialarından niyə imtina etdiyini açıqlayıb.
Müğənni xoşbəxt olduğunu və hazırda keçmiş həyat yoldaşı ilə arasında heç bir fikir ayrılığının olmadığını vurğulayıb. …Anlaşılmazlıq, narazılıq yoxdur: “Biz xoşbəxt anlarla dolu 18 il yaşadıq”, - deyə sənətçi paylaşıb.
Yeri gəlmişkən, Alsu, Abramovla münasibətlərini davam etdirəcəyini də vurğulayıb, çünki birlikdə uşaqları var, gələcəyi həmişə keçmiş həyat yoldaşlarını birləşdirəcək.
Alsu ilə Abramovun evliliyinin niyə pozulduğu daha əvvəl məlum olub.
…Və müğənni ərindən ayrıldıqdan sonra yaradıcılığa qayıdıb və karyerasına maksimum vaxt ayırır.
Nazlı Almuradova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 28 Aprel 2025 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















