Icma.az
close
up
RU
Xoşbəxtik ki, belə bir mötəbər yarış Bakıda keçiriləcək

Xoşbəxtik ki, belə bir mötəbər yarış Bakıda keçiriləcək

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Çox xoşbəxtik ki, belə bir mötəbər yarış bizim ölkəmizdə, Bakı şəhərində keçiriləcək”.

QOL.az xəbər verir ki, bu sözləri minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev Bakıda keçiriləcək dünya çempionatı barədə danışarkən deyib.

Bu gündən etibarən Dənizkənarı Bulvar ərazisində mayın 21-dən iyunun 1-nə qədər Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatı ilə bağlı “Fan Zona” təşkil olunub. “Fan Zona”da jurnalistlərin suallarını cavablandıran E.Quliyev qeyd edib ki, dünya çempionatında millimizin ilk hədəfi qrupdan çıxmaqdır: “Komandamızın hazırlıq səviyyəsi yüksəkdir. Kollektivdə hər şey qaydasındadır. İlkin hədəfimiz qrupdan çıxmaqdır. Bu, əsas məsələdir. Sonra növbəti hədəflərlə bağlı məsələyə aydınlıq gətirəcəyik. Görəcəyik ki, nə qədər irəliləyə bilərik”.

O, əvvəlki illərlə müqayisədə millidə daha modern kollektivin formalaşdığını vurğulayıb: “Komandada taktiki və texniki tərəfdən dəyişikliklər etmişik. Daha modern bir komanda formalaşdırmışıq. İnanıram ki, meydanda daha yaxşı kollektiv görə biləcəksiniz”. Millimizin baş məşqçisi azarkeşlərə də səslənib: “Çox istərdik ki, bizə dəstək olsunlar. Dünya çempionatında fanatların dəstəyinə çox ehtiyacımız var”. E.Quliyev qeyd edib ki, millimizin qrupdakı ilk oyunundan çox şey asılıdır: “Qrupdakı rəqibləri analiz etmişik. İlk oyundan çox şey asılıdır. Həmin matçda yaxşı nəticə qazana bilsək, qrup lideri olmaq şansımız artacaq”.

Xatırladaq ki, millimizin qrupdakı ilk rəqibi Bəhreyn yığmasıdır. Bu qarşılaşma mayın 21-də keçiriləcək. İki gün sonra Sloveniya ilə üz-üzə gələcək millimiz, mayın 25-də də Mavritaniya ilə qarşılaşacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://qol.az
archiveBu xəbər 15 May 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see308

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see302

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see293

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see284

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see268

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see267

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see250

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see243

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see232

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see214

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see198

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see196

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see192

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see190

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see186

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see176

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see171

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see169

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri