Icma.az
close
up
RU
Xose Orteqa i Qasset ağıllı ilə axmaq arasındakı əsas fərqi necə izah edirdi?

Xose Orteqa i Qasset ağıllı ilə axmaq arasındakı əsas fərqi necə izah edirdi?

Kulis.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

18 oktyabr görkəmli ispan filosof Xose Orteqa-i-Qassetin anım günüdür.

Kulis.az bu münasibətlə Aslı İdil Kaynarın "Xose Orteqa-i-Qasset: Zəkanın həqiqi mənası və ölçüsü" yazısını təqdim edir.

“Zəka özünü hər şeydən əvvəl incəsənət və elmdə deyil, həyatın intuisiyasında göstərir.”

Ceyn Hirşfild “Xeyirxahlıq” adlı təsirli şeirində bir ağacın sağ qalmaq üçün işığa yönələn “kor zəkasından” heyranlıqla bəhs edir.

Bu, insanların öz zəkalarını müəyyənləşdirmək və ölçmək üçün istifadə etdiyi metodlardan köklü şəkildə fərqlənir. Burada bir növ məntiqdənkənar, həyata yönəlmiş bir instinkt, bir intuisiyadan söz gedir.

Qərb zəka modeli məntiqi-riyazi düşüncəyə aludə olduğundan, bir mənada bu da “kor zəka”dır: Çünki həyatı sadəcə sağ qalmaq olaraq deyil, yaşamağa dəyər edən şeylər baxımından dəyərləndirməkdə acizdir – çılpaq və birbaşa marağın qarşısını alan kor nöqtələrlə doludur.

Böyük ispan filosofu Xose Orteqa-i-Qasset (1883–1955) “Məhəbbət haqqında: Tək bir mövzunun təyinatları” adlı əsərinin sonunda bu məsələyə toxunur və sevgi və bizi biz edən şeylər barədə bizə miras qalmış, dəyişməz sayılan fikirlərə qarşı çıxır.

Orteqa, əslən ağıllı insanların “son dərəcə az” olduğundan şikayətlənir və Qərbin yüksək mədəniyyətində zəkanın yalnız sözə və riyaziyyata endirilməsini – bir növ intellektual züppəliyi tənqid edir.

Simon de Bovuarun zəkanı “özünə və dünyaya diqqətlə yanaşan bir varlıq olmaq” kimi şərh etməsi ilə səsləşən şəkildə Orteqa belə deyir:

“Zəka ilə mən düşüncənin hadisələrə müəyyən bir dəqiqlik və kəskinliklə reaksiya verməsini, bir turpun davamlı olaraq yarpaqlarına baxılaraq dəyərləndirilməməsini, bozun qəhvəyi ilə qarışdırılmamasını və hər şeydən önəmlisi, insanın qarşısındakı obyektləri, təkrar olunan sözlərin təsiri altına düşmədən, olduğu kimi görə bilməsini nəzərdə tuturam”.

Xose Orteqa-i-Qasset, Şervud Andersonun “insanların əksəriyyətinin həyatı boyunca şüursuz şəkildə yaşadığı” fikrinə razılaşır və bu insanları bədənini tamamilə yarpaqlar bürümüş turplara bənzədir:

“İnsana adətən, ətrafında baş verənlərdən xəbərdar olsunlar deyə, onları oyatmaq mümkün olmayan, xarici təsirə tamamilə bağlı yuxuda gəzən insanlar arasında yaşadığı təəssüratı hakim olur”.

Ətrafımız və içində yaşadığımız mədəniyyətin bizə düşündüyümüzdən daha çox təsir etdiyini və vərdişlərimizin taleyimizi formalaşdırmaqda mühüm rol oynadığını bildirən Orteqa yazır:

"Böyük ehtimalla, insanlıq daim yuxuda gəzən vəziyyətdə yaşayıb; bu halda düşüncələr şüurlu deyil; verilən reaksiyalar avtomatlaşıb və ətraf mühit tərəfindən fərdin üzərinə yüklənmişdir".

Zəka adlandırdığımız anlayış, içində olduğu zamanın və məkanın kölgəsində qalanların görə bilmədiyi ideologiyalar atmosferi ilə sərxoş olmağın nəticəsidir.

Zəkanın mədəni olaraq inşa edildiyini başa düşmək üçün vaxtilə elmin zirvəsi sayılan eygenika (irqi təmizləmə ideyası) və frenologiyaya (kəllə forması ilə insan xarakteri arasında əlaqə axtaran saxta elm) baxmaq kifayətdir.

Xose Orteqa-i-Qasset Siddharta Mukherjinin İQ-nun qaranlıq mədəni tarixi və zəkanı ölçməyin niyə mümkün olmadığına dair möhtəşəm tədqiqatından yarım əsr əvvəl bu “biologiya ilə mədəniyyət arasındakı təhlükəli sürüşmələr”lə üzləşməyin vacibliyini belə ifadə etmişdi:

“Elm və ədəbiyyatın ortaya qoyduğu çox sayda əsərin yuxuda gəzən hipnoz halında – yəni, heç də ağıllı olmayan varlıqlar tərəfindən yaradıldığı inkar edilə bilməz. Elm və ədəbiyyat bu halıyla iti zəkanın nəticəsi sayıla bilməz; amma şübhəsiz ki, zəkanı oyadan, ağlı hərəkətə gətirən bir oyanış vəziyyətini təşviq edir. Ağıllı insanla axmaq arasında əsas fərq – ağıllı insanın öz axmaqlığına qarşı daim ayıq qalması, bu axmaqlıq ortaya çıxan kimi onu tanıması və aradan qaldırmağa çalışmasıdır. Axmaq isə öz axmaqlıqlarına qeyd-şərtsiz təslim olur.”

Xose Orteqa-i-Qasset davam edir: “Hansısa bir dövrdə və ya xalqda zəkanın, intellektual olmanın sərhədləri çərçivəsində həbs olunmasını ciddi bir bədbəxtlik hesab edirəm.

Zəka özünü hər şeydən əvvəl incəsənətdə və ya elmdə deyil, həyatın intuisiyasında – duyumsal dərkində göstərir. İntellektuallar tam mənasıyla yaşayan insanlar deyillər; onların intuisiyası zəifdir, çox az hərəkət edirlər, (məhəbbət), (əmək), həzz və ehtiras haqqında çox az bilikləri var. Onlar abstrakt bir varoluşun təmsilçiləridirlər və ağlın iti dişlərinə nadir hallarda orijinal, canlı bir “ət” təqdim edirlər.”

Polşada ilk xristianlara aid qəbiristanlıq tapıldı “Gucci” ailəsinin həyatı seriala çevrilir Məşhur italyan aktyor vəfat etdi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://kulis.az
archiveBu xəbər 18 Oktyabr 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see189

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see166

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see158

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see154

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see143

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see140

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see139

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see136

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see136

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see135

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see134

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see132

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see129

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see129

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see128

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see128

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see126

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see124

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see124

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstan rəsmiləri ilə görüşdü FOTO

30 Noyabr 2025 21:53see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri