Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı

Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

Xoşqədəm Hidayətqızı,
Əməkdar jurnalist

Açığı, illərin necə keçdiyini bilmədim… 60 ilin hekayəsi… Bu hekayənin xeyli hissəsinə şahidlik etmişəm deyə bilərəm.

Rauf bəyi 90-cı illərdən tanıyıram. Üz-üzə ilk görüşümüz isə 1999-cu ildə, Azərbaycan Yeni Nəsil Jurnalistlər Birliyinin tədbirində oldu. Təsisçisi və baş redaktoru olduğum "Üç nöqtə” qəzeti cəmi bir neçə ay əvvəl yaranmışdı və qısa müddətdə qazandığı uğurlara görə "İlin debütant qəzeti” mükafatına layiq görülmüşdü. Həmin görüş sonralar uzun bir yolun başlanğıcı oldu.

O illər jurnalistika tamam başqa idi. Sosial media yox idi, "copy-paste” yox idi. Xəbər uğrunda əsl mübarizə gedirdi. Səhərlər bütün qəzetləri gözdən keçirib hansı xəbərdə uduzduğumuzu araşdırır, redaksiyada "Niyə uduzduq?” sualına cavab axtarırdıq. Ən çox oxunan qəzet olmaq həm peşəkarlıq, həm də böyük zəhmət tələb edirdi.

Mövqelərimiz fərqli idi. Mən Heydər Əliyevin siyasətini dəstəkləyirdim, Rauf bəy isə müxalifət mövqeyində idi. Amma peşəkarlıq siyasi baxışlardan üstün idi.

Onunla ilk xarici səfərimiz Brüsseldə NATO-nun tədbirinə oldu. Heyətdə səhv etmirəmsə "Azadlıq” qəzetinin baş redaktoru Gündüz Tahirli, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, "Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu, "Üç nöqtə” qəzetinin baş redaktoru olaraq mən və digər həmkarlarımız var idi.

Səfər zamanı müxtəlif mövzularda müzakirələrimiz də olurdu. Belə söhbətlərin birində ondan soruşdum:

- Bu hakimiyyətdən nə istəyirsiniz?

Heç düşünmədən cavab verdi:

- Qarabağı.

- Qarabağı, Allah ömür versə, Heydər Əliyev, o olmasa İlham Əliyev alacaq, — dedim.

Onu narahat edən işğal altında olan torpaqlarımız idi. Şəhidlərimizin qanının yerdə qalacağından narahat olurdu. Deyirdi ki, bu nəsil o torpaqları işğaldan azad etməlidir, bu yükü övladlarımıza qoymamalıyıq. O söhbətdən sonra onun davasının Qarabağ olduguna əmin oldum.

İllər keçdi… O söhbətdə danışdıqlarımızın, hətta burada qeyd etmədiyim bir çox məqamların gerçək olduğunu gördük. O, uğrunda savaşdığı, gözlərini yumub Qarabağ sevdası ilə inanıb dəstəklədiklərindən də ən ağır zərbələri aldı… Amma bütün bunlara baxmayaraq, yolundan dönmədi. Rauf Arifoğlu qanıyla, canıyla bir Vətən sevdalısıdır, bu Vətənin daşlarından biridir.

Heç vaxt unutmadığım hadisələrdən biri də "Üç nöqtə” qəzetinin bağlanması ilə bağlı yaşananlar oldu. O vaxtkı mətbuat naziri Sirus Təbrizli məni qəbul edib dedi ki, Ramiz Mehdiyevin tapşırığı ilə qəzet bağlanmalıdır.

- Olmayacaq! — dedim.

Məhkəmələr başladı. "Press-klub”dakı toplantılar, qəzetin bağlanmaması üçün keçirdiyimiz aclıq aksiyası, Mətbuat Nazirliyinin qarşısında qələmlərimizi sındırıb yerə atdığımız etiraz… Bunlar mənim yaddaşıma həkk olunan günlərdir.

Həmin vaxt bəzi redaktorların bizə dəstək verməməsi üçün də cəhdlər edilirdi. Toplantıda Rauf bəy bunu hiss etdi. Ayağa qalxıb dedi: "Kim istəmir, müdafiə etməsin. Mən Xoşqədəmin yanındayam”. Və sözünün arxasında dayandı. Bu addımı ilə o, mərdliyin, kişiliyin və dostluğun əsl nümunəsini göstərdi.

Zaman Rauf bəyi ağır sınaqlardan keçirdi. Amma o, ömrünü xəbərə, qələminə, jurnalistikaya və Vətəninə həsr edən insanlardan biri kimi həm Azərbaycan mediasında, həm də ictimai-siyasi həyatda öz izini qoydu. Cənab Prezident tərəfindən "Vətənə xidmət" ordeni ilə təltif olunmasına da ürəkdən sevindim. Layiqdir.

60 illik yubileyində nümayiş olunan filmi izləyərkən anası Elmira xanımın təbriki, övladlarının xatirələri, arxada qoyduğu illərin ağrısı… Bir anlıq o illərə döndüm. Qızlarının həbsdə olan atalarına yazdıqları məktubların ağırlığı ürəyimi sıxdı…

Və Xurşud xanım…

Mən Rauf bəyin uğurlarında onun da böyük payını görürəm. Ailəni qorudu, övladları böyütdü, ən çətin günlərdə həyat yoldaşının yanında oldu. Yoruldu, üzüldü, amma bunu heç kimə hiss etdirmədi. Bir qadının çiyinlərində daşıya bilməyəcəyi yükü əyilmədən daşıdı… Üç mükəmməl övladı ilə birlikdə əsl sevginin, sədaqətin və fədakarlığın kitabını yazdı…

Gələk yubiley tədbirinə…

O tədbirdə məni həm də 90-cı illərin media mühitini xatırladan səmimiyyət duyğulandırdı. Çoxdan görmədiyim həmkarlar, gözəl söhbətlər… Bir an saata baxdım. Gecə idi. Amma heç kim ayrılmaq istəmirdi.

Çünki o zalda təkcə bir yubiley yox idi. Orada bir ömür vardı, bir peşə yolu vardı, Vətən sevgisi vardı, dostluq vardı.

60 il hər kəsə nəsib olur. Amma hər kəs bu illəri iz qoyaraq yaşamır.

Rauf bəy yaşadı.

Müstəqil Azərbaycan mediasında və ictimai-siyasi həyatında öz izini qoydu, Vətəninə xidmət etdi, üç layiqli övlad böyütdü və adını tarixə yazdırdı.

Rauf bəy, bir daha sizi təbrik edirəm. Sizə möhkəm cansağlığı, uzun ömür arzulayıram. Arzu edirəm ki, 70, 80, 90, hətta 100 yaşınızı da eyni hörmət, eyni sevgi və eyni səmimiyyətlə birlikdə qeyd edək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 30 İyul 2026 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see388

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see371

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see309

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see304

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see303

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see297

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see289

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see233

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see230

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see229

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see224

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see222

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see220

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see205

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see203

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see197

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see195

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see177

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see172

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri