Xoşqədəm Hidayətqızı: “Sizsiz yaşamaq o qədər çətindir ki…” VİDEO
Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı mərhum valideynləri Hidayət Baxşəliyev və Ofeliya Baxşəliyeva ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, aparıcı ana-atasının yer aldığı arxiv videosunu paylaşaraq bunları yazıb:
“Hər həftəsonu gələndə ürəyim atlanır. Elə bilirəm ki, yenə hər zaman olduğu kimi bütün övladlarınız bizə yığılacaq, yenə sizə sevə-sevə yeməklər bişirəcəyəm, keçmiş xatirələrdən uzun-uzadı danışacağıq...
Evə gəlirəm, amma görürəm ki, yoxsunuz.
Daha bazara getmirəm, gecədən hazırlığa başlamıram ki, evdə hər şey gözəl olsun, hər tərəfdə anamın xoşladığı çiçəklər olsun demirəm.
İstəmirəm...Çünki siz yoxsunuz. Mənə sevgi ilə, ümidlə, qürurla baxan valideynlərim artıq yoxdur. Sizsiz yaşamaq o qədər çətindir ki...
Arxivimdən tapdığım hər yeni görüntünüz mənim üçün misilsiz bir xəzinədir... Bu videonun ikinci hissəsi mənə o qədər təsir etdi ki... Yaxın günlərdə paylaşacağam, səbəbini onda biləcəksiniz”.
Sara, Bizim.Media
Baxış sayı:101
Bu xəbər 13 Dekabr 2025 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















