Xoşqədəmlə Doğuşla Seda Sayanın qonağı oldular (Foto)
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı Türkiyənin məşhur sənətçiləri Seda Sayan və həyat yoldaşı Doğuşla çəkdirdiyi fotoları sosial media hesabında paylaşaraq diqqət mərkəzinə düşüb.
Milli.Az-ın məlumatına görə, aparıcı paylaşımına yazdığı səmimi qeyddə bildirib ki, Türkiyədə də Azərbaycandakı kimi onu doğması hesab edən və sevgi ilə qarşılayan çoxlu insan var. O, bunu Allahın ona bəxş etdiyi ən böyük nemətlərdən biri kimi qiymətləndirib.
Xoşqədəm Hidayətqızı həmçinin Seda Sayanla müxtəlif vaxtlarda eyni televiziya layihələrində yer almağın onun üçün böyük məmnunluq və xoşbəxtlik olduğunu da vurğulayıb.
Paylaşım qısa müddətdə izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Seda Sayan fotoya ürək emojiləri ilə şərh yazaraq jurnalistə sevgisini ifadə edib. Doğuş da paylaşıma ürək emojisi ilə münasibət bildirib.
Qeyd edək ki, Xoşqədəm Hidayətqızı-Doğuş cütlüyünün Arda və Arın adlı əkiz oğulları var.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 08 İyul 2026 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















