Icma.az
close
up
RU
Xronika: Aşağı Əylənli, Aşağı Əli qrıx, Aşağı Ərmik, Aşağı Zağalı Türk tarixinin izi

Xronika: Aşağı Əylənli, Aşağı Əli qrıx, Aşağı Ərmik, Aşağı Zağalı Türk tarixinin izi

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "İran ermənilərinin məqsədli yerləşdirildiyi məkan" adlı süjet hazırlanıb.

Oxu.Az xəbər verir ki, bugünkü süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Aşağı Əylənli, Aşağı Əli qrıx, Aşağı Ərmik, Aşağı Zağalı toponimi haqqında söz açılır.

Bildirilir ki, indi adına Ermənistan deyilən Qərbi Azərbaycan bütünlüklə tarixi Azərbaycan ərazisidir: "Tarix boyu burada xalqımızın övladları yaşayıb yaradıblar. 1828-ci il Türkmənçay sülh müqaviləsindən sonra bu yerlərə kütləvi şəkildə köçürülən ermənilər XIX əsrin axırlarından başlayaraq Azərbaycan torpaqlarının yaddaşı olan qədim coğrafi adları dəyişdirməyə başlayıblar".

Aşağı Əylənli - Karpibasar mahalının Üçkilsə, sonra Eçmiədzin adlandırılan rayonda kənd olub. Kəndin digər adı Əylənli-Yasaxlu olub. Burada 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşayıblar. 1826-1830-cu illərdə kəndə İrandan köçürülən ermənilər yerləşdiriliblər. Azərbaycanlılar 1890-cı illərdə sıxışdırılaraq tarixi-etnik torpaqlarından qovulublar. 1946-cı ildə kəndin adı dəyişdirilib Lenuği, yəni Lenin yolu qoyulub.

Aşağı Əli qrıx - Göyçə mahalının Qaranlıq, sonralar Martuni adlandırılan rayonda kənd olub. Əhalisini Əliqrıx kəndindən köçənlər təşkil ediblər.

Aşağı Ərmik - Vedibasar mahalının Vedi, sonralar Ararat adlandırılan rayonda kənd olub. Kənddə 1877-ci ildən yaşayan azərbaycanlılar 1918-ci ildə ermənilər tərəfindən qırğınlarla qovulublar. Onların bir qismi 1920-ci ildə geri qayıtsa da, 1948-1949-cu illərdə Azərbaycana köçürülüblər və kənd 1949-cu ildə ləğv edilərək xarabalığa çevrilib.

Aşağı Zağalı - Göyçə mahalının Basarkeçər, sonralar Vardenis adlandırılan rayonda kənd adıdır. Bura ermənilər 1830-cu illərdən sonra köçürülüblər. Onlar üçün Zağalı kəndinin yaxınlığında ayrıca kənd salınıb və Zağalı kəndindən fərqləndirmək üçün Aşağı Zağalı adlandırılıb. 1946-cı ildə kəndin adı dəyişdirilib Tsovak, yəni Göllü qoyulub.

Sonda vurğulanır ki, izitirmə prosesi sovet dönəmində daha geniş şəkil alıb: "Bütün barbarlığa, şovinizmə baxmayaraq, 1991-ci il aprelin 19-na qədər Qərbi Azərbaycan toponimlərinin 88 faizini türkmənşəli coğrafi adlar təşkil edib. Əminik ki, bu tarixi gerçəklik gec-tez öz yerini alacaq, ermənilərin uydurduğu qondarma yer-yurd adları əvvəlki adına qovuşacaq".

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlədə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Xronika: Aşağı Əylənli, Aşağı Əli qrıx, Aşağı Ərmik, Aşağı Zağalı - Türk tarixinin izi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:69
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 İyul 2025 02:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri