Icma.az
close
up
RU
Xronika: Paşinyanın rabitəsiz çıxışlarında məkrli plan gizlənib

Xronika: Paşinyanın rabitəsiz çıxışlarında məkrli plan gizlənib

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti süjet hazırlanıb.

"Prezidentin atasının adını çəkdiyi üçün tualetdə öldürüldü" adlı süjetdə erməni siyasətçi, politoloq və ekspertlərin baş nazir Nikol Paşinyanın seçkiyə start verməsi, tərəfdarları və əleyhdarlarının bu marafona qoşulması, Qərbi azərbaycanlıların Paşinyana səs versinlər deyə 2026-cı ilədək öz yurdlarına köçməsi ilə bağlı iddialarına yer verilib.

Onların sözlərinə görə, Paşinyanın rabitəsiz çıxışlarında məkrli plan gizlənib: "Paşinyanın komandası Afrika tayfasına bənzəyir. Paşinyan hər dəfə onları ocağın ətrafına yığıb tumba-yumba rəqsinə başlayır. Paşinyan hakimiyyətdə daha uzun müddət qalmaq üçün əlindən gələni edir. O, günün birinci yarısında fokusçu kimi çıxış edir, ikinci yarısında isə təlxək olur".

Süjetdə Ermənistanın eks-baş naziri Hrant Bağratyan və sabiq deputat Naira Zohrabyanın fikirlərinə də yer verilib: "Beynəlxalq aləmdə ləyaqətimizi itirmişik. Trampın yeni administrasiyasında ermənilərin heç bir təsiri yoxdur. Vaxtilə Makron da Ermənistana kömək edəcəyinə söz vermişdi, bu gün onun bizim köməyimizə ehtiyacı var. Türklər sahibolduqları öz torpaqlarına qayıdırlar. Qərbi Azərbaycan İcması ilə danışıqlar aparmasaq, Ermənistanı işğal edə bilərlər. Əminik ki, Zəngəzur dəhlizi açılacaq və azərbaycanlılar Ermənistana qayıdacaqlar. Heç vaxt 1976-cı ilin xəritələri olmayıb, bu yalandır. 180 min azərbaycanlının yaxın gələcəkdə Qərbi Azərbaycana necə qayıtması mexanizmləri müzakirə olunub. Nikolun komandasının üzvləri bir-birlərini yeməyə başlayacaqlar. Paşinyan terrorun köməyi ilə hakimiyyətini saxlamağa çalışır. Nikol etiraf etdi ki, ermənilərə dövlət yaradıb veriblər, onlar isə qonşuları ilə münaqişələrlə məşğuldurlar".

Ermənistanın Xristian-Demokrat Partiyasının sədri Levon Şirinyan isə vurğulayıb ki, vaxtilə prezident olmuş Robert Köçəryanın atasının adını çəkdiyi üçün Daşnaksutyun Partiyasının üzvü Poqosyan adlı şəxs döyülərək tualetdə öldürülüb. Robert Koçaryan kimi insanlara "armyaşka" deyirlər".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı süjetdə:

Xronika: "Paşinyanın rabitəsiz çıxışlarında məkrli plan gizlənib"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Yanvar 2025 00:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see314

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see311

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see302

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see293

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see275

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see259

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see252

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see241

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see206

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see202

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see198

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see196

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see196

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see186

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see184

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see183

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see178

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see171

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri