Icma.az
close
up
RU
Xronika: Zəngəzura görə Paşinyanı devirmək istəyirlər Çevriliş planının detalları

Xronika: Zəngəzura görə Paşinyanı devirmək istəyirlər Çevriliş planının detalları

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Oxu.Az xəbər verir ki, "Üzə çıxan gizli səs yazısında hansı məqamlar var?" adlı süjetdə Ermənistanda siyasi çaxnaşmanın hökm sürməsindən bəhs olunur.

Bildirilir ki, baş nazir Nikol Paşinyanın başda II Qaregin olmaqla Erməni Apostol Kilsəsinə qarşı elan etdiyi "müharibə" artıq din adı altında siyasətlə məşğul olanların neytrallaşdırılması mərhələsinə keçib. Buna səbəb kilsənin "müxalifətin çevriliş planı"nı dəstəkləməsi, daha dəqiq desək, bu planın birbaşa iştirakçısı olmasıdır. "Civic.am" saytında yayımlanan "müxalifətin çevriliş planı" məqaləsi Paşinyanın sentyabr ayında devrilməsinə hazırlığın getdiyini göstərir. Çevriliş planı mediada tirajlandıqdan sonra Ermənistan İstintaq Komitəsi araşdırmalara başladı. "Müqəddəs mübarizə" hərəkatının rəhbəri keşiş Baqrat Qalstyan və tərəfdarları həbs olundular. Daha sonra Şirak Yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapaxyan saxlanıldı. Bununla yanaşı, bütün ermənilərin katolokosu II Qareginin iqamətgahında axtarışlar aparıldı.

Qeyd olunur ki, 2018-ci ildə hakimiyyətə gəlişindən sonra Paşinyanla kilsənin "ulduzu barışmayıb", tərəflər arasında həmişə soyuq münasibətlər mövcud olub, lakin ilk dəfədir ki, bu mübarizə açıq müstəviyə keçib. Ermənistan hakimiyyətinin məhz indi hərəkətə keçməsinin arxasında Rusiyanın yenidən Ermənistandakı mövqelərini bərpa etmək cəhdləri, eləcə də 2026-cı ildə keçiriləcək seçkiləri dayanır.

Diqqətə çatdırılır ki, Paşinyan seçkidən öncə əsas qüvvələri neytrallaşdırmağa çalışır: "Ən önəmli məqamlardan biri Ermənistanda çevriliş hazırlayan və buna görə həbs edilənlərin Azərbaycana qarşı revanşizm mövqeyindən çıxış etməsi, Bakı-İrəvan xəttində sülh sazişinin imzalanmasına qarşı çıxmasıdır. Onların neytrallaşdırılması mümkün sülh sazişi önündəki maneələrin aradan qaldırılması kimi də qiymətləndirilir".

Keçmiş erməni deputat Sofiya Hovsepyan iddia edir ki, Paşinyanın məqsədi ona mane ola biləcək qüvvələri zəiflətmək, Azərbaycan və Türkiyə ilə əldə olunan razılaşmaları həyata keçirməkdir.

Sonda vurğulanır ki, Cənubi Qafqazda daşlar yenidən paylanılır, Azərbaycan isə oyunqurucu mövqeyini qorumaqdadır: "Hadisələrin sonunda Zəngəzur dəhlizinin açılması perspektivi aydın görünür".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://oxu.az
archiveBu xəbər 04 İyul 2025 00:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri