Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Oktyabrın 14-də olan məlumata görə Zavoljsk Motor zavodu hələ də ZMZ-523 mühərrikinin istehsalını davam etdirir. Məhsul zavodun kataloqunda mövcuddur.
Avtosfer.az xəbər verir ki, faktı Rusiyanın avtomobil saytları üzə çıxarıb. Mühərriki bu gün də bazarda asan tapmaq mümkündür. Pərakəndə satışlarda onun qiyməti bir ildə təxminən 700 dollar bahalaşıb. Hazırda mühərrik təxminən 3700 dollara təklif edilir. Bu, dünyada istehsalı davam edən ən ucuz V8 mühərikidir. Onun istehsalı 1963-cü ildə, Xruşov zamanında başlasa da, kökü Stalin dövrünə gedib çıxır. Eyni konstruksiyaya malik olan “Ford Windsor V8 5.0” mühərriki ABŞ-də 6300 dollara təklif edilir. Lakin bu, orijinal “Ford” mühərriki deyil, “BluePrint Engines” şirkətinin hazırladığı lisenziyalı versiyadır.
Bu mövzu ilə bağlı daha ətraflı aşağıdakı linkdə:
https://avtosfer.az/az/avtodunya/rusiyada-stalin-dovrunun-muherriki-modernlesdirir-215771
Vüqar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 14 Oktyabr 2026 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















