Icma.az
close
up
RU
Xurmanın sağlamlığa inanılmaz faydaları

Xurmanın sağlamlığa inanılmaz faydaları

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Alimlər insanın yalnız xurma və su ilə uzun illər yaşaya biləcəyini təsdiq edirlər. 

“Cebheinfo.az” xəbər verir ki, qida mütəxəssisləri qeyd edirlər ki, bir ədəd xurma və bir stəkan süd insanın qidaya olan gündəlik tələbatını ödəyə bilər.

Bildirilir ki, xurma qan şəkərinin bərpası, orqanizmin aclığa qarşı müqavimətinin artırılması, bədənin enerji dəyərinin yüksək saxlanılmasında müstəsna əhəmiyyətə malikdir.

Buna səbəb xurmanın yüksək qidalılıq dəyəridir və bir ədəd quru xurma 20-28 kalori daşıyır. Bu dəyişiklik meyvənin növündən asılı olaraq dəyişir. Tərkibində A, K və B qrup vitaminləri, natrium, kalium, kalsium, dəmir, mis, maqnezium, manqan, fosfor və sink kimi minerallar, eyni zamanda antioksidantlar mövcuddur. 

Antioksidantlarla zəngin olması hüceyrələrin yenilənməsini, bədənin zərərli bakteriya və mikroblardan təmizlənməsini təmin edir.Xurmanın tərkibində dəmir mineralının miqdarının çoxluğu sayəsində qanda hemoqlobinin sintezi artır və bu da qanazlığının qarşısının alınmasına effektiv təsir göstərir. Tərkibindəki zəngin kalium mineralının mövcudluğu isə qan təzyiqinə qarşı faydalıdır.

Xurma meyvə şəkəri, zülal, karbohidrat və lif baxımından da olduqca zəngindir. Bu zənginlik nəticəsində toxluq hissi yadan xurma uzun müddət aclığa qarşı orqanizmin müqavimətini artırır.

Norma daxilində istehlak edildiyi zaman arıqladıcı təsirə də malikdir. Tərkibindəki zəngin maddələr sayəsində ürək-damar xəstəlikləri riskini azaldır, həzm sistemini tənzimləyir, həmçinin immun sistemin güclənməsi, göz, dəri və sümük sağlamlığının qorunmasında olduqca faydalıdır.

Daşıdığı faydalı xüsusiyyətinə görə xurma hamilə və süd verən qadınlara, eyni zamanda uşaqlara da xüsusilə tövsiyə olunur. Şəkərli diabet və piylənmədən əziyyət çəkənlər isə həkim tövsiyəsinə uyğun xurma istehlak edə bilərlər.Xurmanın yalnız Ramazan ayında deyil, mütəmadi və norma daxilində istehlakı tövsiyə edilir.

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Oktyabr 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri