Xüsusi elçini gətirən təyyarə Moskvaya endi
News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiv Vitkoffun olduğu güman edilən təyyarə Moskvanın Vnukovo hava limanına enib.
News24.az xəbər verir ki, bunu “Flightradar” xidmətinin məlumatları sübut edir .
“Bombardier Global 7500” təyyarəsi Florida ştatının Fort Lauderdeyl/Hollywood Beynəlxalq Hava Limanından havaya qalxıb. O, Amerika liderinin Mar-a-Laqo adlı şəxsi iqamətgahının yaxınlığında yerləşir. Təyyarə Bakı vaxtı ilə saat 10:40 radələrində Rusiya sərhədini keçib.
Aprelin 23-də “Axios” xəbər verib ki, Rusiya prezidenti Vladimir Putin və Stiv Vitkoff aprelin 25-də Moskvada görüşə bilərlər. Bu məlumatı daha sonra prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov da təsdiqləyib./Publika.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 25 Aprel 2025 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















