Icma.az
close
up
RU
Xüsusi nümayəndə: Aİ regionda normallaşma prosesinə dəstəyini davam etdirəcək

Xüsusi nümayəndə: Aİ regionda normallaşma prosesinə dəstəyini davam etdirəcək

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Azərbaycana səfəri ilə bağlı “X”də paylaşım edib.

APA-nın məlumatına görə, Qrono bildirib ki, Aİ yaxın tərəfdaş olaraq regionda əlaqələrin tam normallaşdırılması və həyata keçirilməsində öz rolunu davam etdirəcək.

O qeyd edib ki, Avropa Komissiyası və Avropa Xarici Fəaliyyət Xidmətindən olan həmkarları ilə birlikdə rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda bir sıra görüşlər keçirib.

Xüsusi nümayəndə Prezident İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslərlə müzakirələrin aparıldığını vurğulayıb.

Onun sözlərinə görə, görüşlərdə Vaşinqtonda əldə edilmiş Azərbaycan-Ermənistan ikitərəfli dialoqu və tarixi razılaşmalar əsasında regionun sülhsevər gələcəyi mövzusu diqqət mərkəzində olub.

Qrono həmçinin bildirib ki, Aİ regionda əlaqələrin inkişafı, sülhün faydalarının yaradılması, humanitar problemlərin həlli və keçmişin irsi ilə bağlı məsələlər də daxil olmaqla, tam hüquqlu normallaşmanın bütün aspektlərinə dəstəyi gücləndirməyə hazırdır.

O, paylaşımında səfər çərçivəsində Naxçıvana səfərini də xatırladıb:

“Həmçinin Naxçıvana səfər etdim, burada Prezident Nümayəndəsi Fuad Nəcəfli ilə görüşdüm və mümkün Aİ öhdəçilik məqsədi ilə yerlərdə nəqliyyat infrastrukturu ilə tanış oldum”.

Qrono əlavə edib ki, Aİ yaxın tərəfdaş olaraq regionda əlaqələrin tam normallaşdırılması istiqamətində fəaliyyətini davam etdirəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://apa.az
archiveBu xəbər 01 Sentyabr 2025 00:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri