Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Xüsusi nümayəndəliklərdə İctimai şura YARADILACAQ TƏRKİBİ

Xüsusi nümayəndəliklərdə İctimai şura YARADILACAQ TƏRKİBİ

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qarabağ və Şərqi Zəngəzurda rezidentin xüsusi nümayəndəliklər, həmçinin Naxçıvanda fəaliyyət göstərən səlahiyyətli nümayəndəlik regionun bərpası, reinteqrasiyası və idarəetmə proseslərinin koordinasiyasında əsas icra strukturları kimi çıxış edir. Lakin bu qurumların fəaliyyətində ictimai iştirakçılığın institusional formaya salınması məsələsi açıq qalır. Ölkədə nazirliklər və digər dövlət qurumları yanında İctimai Şuralar mövcud olduğu halda, xüsusi nümayəndəliklərin strukturunda bu mexanizmin yaradılmaması qərarların qəbulunda ictimai rəyin sistemli şəkildə nəzərə alınmaması, yerli icmalarla kommunikasiya boşluğu və idarəetmədə legitimlik məsələləri kimi problemləri gündəmə gətirir.
Bölgələrdə məskunlaşma prosesinin sürətlənməsi, sosial-iqtisadi layihələrin genişlənməsi və əhalinin narahatlıqlarının operativ şəkildə çatdırılması ehtiyacı bu mexanizmin olmamasını daha da aktuallaşdırır.

Məsələ ilə bağlı "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a açıqlamasında bu nümayəndəliklər yanında İctimai şura yaradılması təkcə mümkün deyil, həm də zəruri hesab edib:
O qeyd edib ki, xüsusi səlahiyyətli nümayəndəliklər yeni idarəetmə modelinin əsas elementləridir. Bu qurumlar bərpa, inteqrasiya və sosial iqtisadi inkişaf proseslərini vahid mərkəzdən koordinasiya edir. 
“Belə geniş səlahiyyət spektrına malik idarəetmə institutlarında ictimai rəyin sistemli şəkildə qərarvermə prosesinə daxil olması çox vacibdir. Bu baxımdan İctimai şura həm qərarların legitimliyini artırır, həm də idarəetmədə şəffaflıq və ictimai nəzarət mexanizmlərində yeni dinamika yaradır”. 

“Nəzərə alsaq ki, bu ərazilərdə, - Qarabağ və Şərqi Zəngəzurda artıq 60 minə yaxın insan məskunlaşıb, bu da yeni imkanlar yaradır. Xüsusi nümayəndəliklərdə İctimai şuranın yaradılması qərarların qəbul edilməsi, həmin əhalinin maraq və narahatlıqlarının nəzərə alınmasına, reinteqrasiya və yerli idarəetmənin keyfiyyətini artırılmasına yeni imkanlar yarada bilər” – deyə hüquqşünas vurğulayıb.

Hüquqi baxımdan İctimai şuranın yaradılması tam mümkün hesab edən Əliməmməd Nuriyev bu prosesin hüquqi baxımdan da tənzimləndiyini vurğulayıb:
“Konstitusiyanın bir neçə maddəsi ictimai iştirakçılığın hüquqi bazasını təmin edir. Belə ki, konstitusiyanın 1-ci maddəsi bildirir ki, hakimiyyətin mənbəyi xalqdır. 54-cü maddədə vətəndaşların dövlət idarəçiliyində iştirak hüququ təsbit olunur. Prezidentin 109-cu maddəyə əsasən, idarəetmə strukturları, o cümlədən nümayəndəliklər yarada bilməsi göstərilib. İctimai iştirakçılıq haqqında qanuna görə, bütün dövlət orqanlarının yanında İctimai şura yaradıla bilər. Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən xüsusi nümayəndəliklər, Naxçıvanda fəaliyyət göstərən səlahiyyətli nümayəndəlik Prezident Administrasiyasının struktur bölmələridir, yəni dövlət orqanıdır və bu qanun birbaşa burada tətbiq olunmasını müəyyən edir”. 

Əsasnamələrdə nümayəndəliklərin yanında İctimai şuranın yaradılması haqqında xüsusi qeydin olmamasını mane hesab etməyən "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti bu məsələyə də aydınlıq gətirib:
“Həm 2021-ci il xüsusi nümayəndəlik haqqında əsasnamə, həm də 2022-ci il Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəliyi haqqında əsasnamədə açıq şəkildə göstərilib ki, bu qurumlar fəaliyyətlərini konstitusiya və ölkə qanunvericiliklərinə uyğun olaraq həyata keçirirlər. Əsasnamələrdə İctimai şuranın fəaliyyəti ilə bağlı hansısa qadağa yoxdur, əksinə hər iki sənəddə nümayəndəliklərdə təhlil aparmaq, rəy və təkliflər hazırlamaq, sosial-iqtisadi proseslərə nəzarət etmək, əhalinin probelmlərini öyrənmək kimi funksiyaları var ki, bunlar İctimai şuraların fəaliyyəti ilə üst-üstə düşür.

İctimai şuranın fəaliyyəti üç əsas istiqamətdə fayda verə bilər:

1. Legitimlik və ictimai etimad - reinteqrasiya və bərpa prosesləri çoxhissəli və həssas məsələlərdir. İctimai şura qərarların qəbulunda cəmiyyətin səsini təmsil edir və bu da icra mədəniyyətini gücləndirir, narazılıqların qarşısını alır. Eyni zamanda məskunlaşmanın daimi olmasını təmin edəcək.
2. Erkən xəbərdarlıq sistemi - İctimai şura sosial risklər, uyğunsuzluqlar, məlumat boşluqları və icra prosesindəki gecikmələri vaxtında aşkara çıxarmağa imkan verir. 
3. Dövlət-cəmiyyət dialoqunun institusional qurulması – yerli icmaların prosesə real qoşulması, həm də dövlətin qərarlarının sosial təməlinin möhkəmləndirməyə imkan verir. İctimai şura bu bölgələrdə dövlət və cəmiyyət tərəfdaşlığının yeni mərhələsini formalaşdırır. Bu zaman da qərarın keyfiyyəti və tez mənimsənilməsi, doğru-düzgün icra edilməsinə kömək edir. Bu da dövlət orqanlarına etimadı gücləndirir. 

Dövlət orqanı, - icra strukturu olduğu üçün buradakı İctimai şurada müəyyən fərqlər olmalı olduğunu bildirib. O qeyd edib ki, xüsusi nümayəndəliklərin yanında İctimai şuranın tərkibi fərqli seçilməlidir. 
1.    Müsabiqə yolu ilə seçilmək - İctimai şura üçün namizədlər açıq elan əsasında seçilməlidir. Həm paytaxt, həm Qarabağ və Şərqi Zəngəzur, həm də Naxçıvan bölgələrində vətəndaş cəmiyyəti təmsilçiləri burada iştirak etməlidir. 
2.    Peşəkar balansın gözlənilməsi - İctimai şuranın tərkibində yalnız QHT nümayəndələrindən ibarət olmamalıdır. 
Bu bölgələrdə yeni şəhərsalma məsələsi olduğu üçün urbanistlər, regionun iqtisadi inkişafı vacib məsələlərdən olduğu üçün iqtisadçılar, ekologiya üzrə mütəxəssislər bu isə özlüyündə iki istiqamətdə olmalıdır: həm ekologiya üzrə vətəndaş cəmiyyəti, həm də ekologiya üzrə mütəxəssislər. Çünki Qarabağ və Şərqi Zəngəzur uzun müddət işğal altında olduğu üçün ekoloji çirklənmələr baş verilib, həmçinin böyük infrastruktur¬lar qurulan zaman ekoloqların nəzarəti, ekosistemin və biomüxtəlifliklərin qorunmasında xidmətləri vacibdir. Həmçinin qanunsuz ov, təbii sərvətlərin qorunması və ancaq gəlir əldə etməyi əsas tutaraq işlərin görülməsi çox ciddi problemlər yarada bilər. 
Mədəni irs üzrə mütəxəssislər, sosial işçilər, sahibkar və müvafiq digər sahələrin nümayəndələri, hüquq-mühafizə orqanlarının təmsilçiləri də olmalıdır. Bu, qərarların inklüzivliyini və obyektivliyini təmin edəcək. 
3.    İctimai etimada və peşəkar təcrübə, siyasi neytrallıq - Maraq toqquşmasının qarşısını almaq üçün şura üzvləri ictimai etimada və peşəkar təcrübəyə əsasən seçilməlidir. Üzvlərin ictimai etibarı, təcrübəsi və siyasi neytrallığı qorunmalıdır. Elə olmamalıdır ki, İctimai şuraya yaxın qurumlar, şirkətlərin nümayəndələri gətirilsin”. 
“Əgər bu model tətbiq olunarsa, reinteqrasiya və inkişaf prosesi daha şəffaf, çevik və sosial əsaslı olacaqdır. İctimai şura xüsusi nümayəndəliklərin işinə legitimlik, analitik dərinlik və ictimai dəstək gətirəcək. Daha güclü nəzarət mexanizmi gətirir. Reinteqrasiya idarəçiliyinin keyfiyyəti artacaq, Prezidentin qarşıya qoyduğu məqsədlərə çatmaqda real dəstək təmin olunacaq. Həm idarəetmə məntiqi, həm reinteqrasiya prosesinin mahiyyətinə əsasən, həm də hüquqi baxımdan xüsusi və səlahiyyətli nümayəndəliklər yanında İctimai şuranın yaradılması tam əsaslı, legitim və məqsədə uyğundur. Nəticədə bu bölgələrin inkişafında dövlət-cəmiyyət tərəfdaşlığının yeni mərhələsi formalaşacaq” – deyə hüquqşünas sonda qeyd edib.  
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Noyabr 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see378

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see285

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see257

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see208

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see205

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see203

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see201

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see195

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see193

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see192

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see192

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see190

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see189

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see189

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see189

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see186

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see186

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see186

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see185

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri