Xüsusi qoxu psixi sağlamlığa müsbət təsir göstərə bilər ARAŞDIRMA
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 28 avqust, AZƏRTAC
Yaponiyada aparılan araşdırmaya görə, müəyyən qoxular beynin quruluşunu dəyişdirə və boz maddənin artmasına səbəb ola bilər.
AZƏRTAC www.sciencealert.com saytına istinadla xəbər verir ki, Kyoto və Tsukuba universitetlərinin alimləri 28 qadına bir ay ərzində paltarlarına qızılgül yağı sürtmələrini tapşırıblar. Nəzarət qrupundakı 22 nəfər isə sadəcə su istifadə edib. Nəticədə MRT müayinələri göstərib ki, qızılgül yağı istifadə edənlərin beynində boz maddənin həcmi artıb. Ən böyük dəyişiklik “posterior singulat korteks”də (PCC) qeydə alınıb. Beynin bu hissəsi yaddaş və assosiasiya ilə əlaqəlidir. Mütəxəssislər bunun qoxu xatirələrinin emalı və yaddaş prosesləri ilə bağlı ola biləcəyini bildiriblər.
Alimlər hesab ediblər ki, davamlı şəkildə qoxuların inhalyasiyası beynin plastikasını gücləndirə, psixi sağlamlığa müsbət təsir göstərə və hətta demans riskini azalda bilər. Çünki Alsheymer xəstəliyində PCC zəifləyir və qoxularla stimullaşdırma bu prosesi ləngidə bilər.
Araşdırma “Brain Research Bulletin” jurnalında dərc olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 28 Avqust 2025 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















