Icma.az
close
up
RU
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti “bug bounty” proqramına start verir

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti “bug bounty” proqramına start verir

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və yerli kibertəhlükəsizlik şirkəti olan “Qarabug” MMC kibermühitdə davamlı təhlükəsizliyin təmin edilməsi və milli kibertəhlükəsizlik ekosisteminin inkişafı məqsədilə “bug bounty” mükafatlandırma proqramına start verir.

Qurumdan XÜ-ə verilən məlumata görə, ölkəmizdə ilk dəfə dövlət qurumlarının informasiya sistemləri üzrə “bug bounty” proqramının elan olunması ümumilikdə innovativ addım olmaqla yanaşı, sahənin canlandırılmasına, özəl-dövlət əməkdaşlığında etibarlılığın artırılmasına və GOV.AZ zonasında mövcud boşluqların aşkarlanmasına yönəlmişdir. Layihə həmçinin boşluqların tapılmasına görə mükafatlandırma (“bug bounty”) mədəniyyətinin ölkəmizdə formalaşdırılması baxımından da faydalı olacaqdır.

Proqram 15 aprel -31 iyul 2025-ci il tarixlərində həyata keçiriləcəkdir. Bu müddət ərzində informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən mütəxəssislər, tədqiqatçılar və etik hakerlər *.GOV.AZ zonasında informasiya sistemlərində texniki zəiflikləri aşkarlayıb hesabat təqdim etməklə mükafat qazanmaq imkanı əldə edəcəklər.

“Bug bounty” proqramının əsas məqsədləri:

Dövlət sektoruna məxsus informasiya sistemlərində texniki zəifliklərin aşkarlanması;
Kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış yerli mütəxəssislərin və tədqiqatçıların stimullaşdırılması;
Kiberdayanıqlılığın gücləndirilməsi istiqamətində açıq əməkdaşlıq mühitinin formalaşdırılması;
Etik hakerlik mədəniyyətinin formalaşdırılması və stimullaşdırılması.
Proqram çərçivəsində təqdim olunan zəifliklər risk səviyyəsinə uyğun olaraq qiymətləndiriləcək və müvafiq xallarla dəyərləndiriləcəkdir. Proqramın sonunda ən çox xal toplayaraq ilk üç yeri tutan iştirakçılar pul mükafatı və sertifikatla təltif olunacaqdır.

Proqrama qatılmaq istəyən iştirakçılar www.qarabug.az saytında qeydiyyatdan keçməlidir. Qaydalar haqqında ətraflı məlumat da bu saytdan əldə edilə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Aprel 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri