Xüsusi səfir: İqlim maliyyəsi fondunun vəsait həcmi müzakirə ediləcək
Icma.az, Bizimyol saytına istinadən bildirir.
Bunu İtaliyanın iqlim dəyişikliyi üzrə xüsusi səfiri Fransesko Korvaro məlumat verib.
O, iqlim maliyyəsi sahəsində "Yeni Kollektiv Kəmiyyət Hədəfi" (NCQG) üzrə yeni qərar əldə etməyi gözlədiklərini bildirib:
"NCQG yeni bir hədəfdir və iqlim məsələsini maliyyələşdirməyi hədəfləyir. İqlim maliyyəsi fonduna nə qədər vəsaitin daxil edilməsini müzakirə edəcəyik. Maliyyənin həcmini müzakirə edəcəyik. Bizim həm inkişaf etmiş, həm də inkişafda olan ölkələrlə çoxlu müzakirələrimiz var. Bilirəm ki, iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün 1 trilyon ABŞ dollarından çox vəsait lazımdır. Buna görə də danışıqlar çoxşaxəli və mürəkkəbdir. Özəl sektoru bura cəlb etmək lazımdır. Düşünmək lazım deyil ki, təkcə dövlətlər bu qədər həcmdə vəsaiti təmin edəcəklər. Hazırda iqlim problemləri barədə danışıqlar aparılır. Konkret nəsə demək çətindir. İtaliya və Avropa İttifaqı bu iqtiqamətdə ambisiyaları artırmağı hədəfləyir. COP hərtərəfli bir sazişdir. Biz ümumi bir dil tapmalı və ortaq bir ideya formalaşdırmalıyıq", - deyə italiyalı qonaq əlavə edib.(apa)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 11 Noyabr 2024 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















