Xüsusi təyinatlıların və polislərin maaşları artırılsın TƏKLİF
Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Peşəkar ordu quruculuğu sahəsində çalışan müddətdən artıq qulluq keçən və xüsusi təyinatlı hərbçilərimizin maaşları bir neçə dəfə artırılmalıdır".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Vüqar İskəndərov deyib.
"Təcrübə göstərir ki, müharibədən çıxmış ölkələrdə hərbi sahəyə axın bir neçə dəfə azalır. Məsələnin normal məcraya gəlməsi üçün kifayət qədər zaman tələb olunur. Hərbi sahədə çalışan insanların maaşlarının yüksək olması bu sahəyə olan axını stimullaşdırmış olardı", - deyə deputat bildirib.
Deputat eyni zamanda, polis əməkdaşlarının maaşlarının artırılmasını təklif edib: "Hüquq-mühafizə orqanları içərisində ən az məvacib alan Daxili İşlər Nazirliyinin əməkdaşlarıdır".
Anar Kəlbiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 26 Noyabr 2024 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















