Icma.az
close
up
RU
Xüsusi xidmət orqanlarının növbəti uğurlu əməliyyatı RƏY

Xüsusi xidmət orqanlarının növbəti uğurlu əməliyyatı RƏY

Operativ MM saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın xüsusi xidmət orqanları milli radikal qruplara qarşı mübarizəni davam etdirməkdədir. Məlum məsələdir ki, dini radikal qruplaşmalar həm daxildə müəyyən havadarlara malikdirlər, həm də xaricdən maliyyələşirlər. Dövlət və dövlətçilik əleyhinə addımlar atmaqda davam edirlər.

Bunun qarşısını almaq üçün əməliyyat şəraitinə tam nəzarət edən xüsusi xidmət orqanları və mühafizə orqanları keçirdikləri son əməliyyat nəticəsində beynəlxalq terror təşkilatları ilə əlaqəsi olan dini ekstremist, radikal olan üzvlərin hazırladığı terror-təxribat əməllərini müəyyən ediblər və qanunazidd fəaliyyətin qarşısını alıblar. DTX və DİN tərəfindən keçirilmiş peşəkar əməliyyat nəticəsində onların bəziləri zərərsizləşdirilib, bəziləri isə həbs edilərək barələrində həbs qətimkan tədbiri seçilib və onlara cinayət məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq artıq cinayət işləri açılıb və istintaq davam edir.

Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında millət vəkili, Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib.

Millət vəkili qeyd edib ki, keçirilmiş əməliyyat nəticəsində bir daha məlum olub ki, vaxtilə “Meşə qardaşları” adlı terror qruplaşmalarının fəaliyyətində iştirak edən bəzi şəxslər istər Azərbaycanın şimal rayonlarında özlərinə bir sıra tərəfdaşları cəlb edərək bu istiqamətdən addımlar atıb. Bunlar terror aktları hazırlayıblar və bir sıra kəndlərdə, meşə massivində sığınacaqlar yaratmaq və sığınacaqlarda silah-sursat, partlayıcı maddə, müxtəlif döyüş ləvazimatlarını təchiz etməklə gələcəkdə istifadə edə bilmək üçün şərait yaradıblar.

“Mühüm əməliyyat nəticəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bir sıra maddələri, əsasən də cinayətkar birlik, cinayətkar təşkilat halında odlu silahdan, silah qismində istifadə olunan digər predmetlərdən istifadə etməklə dini düşmənçilik, dini radikalizm, dini fanatizm üzərində terrorçuluğa hazırlıq belə bir maddələrlə məhz onlar təqsirli bilinib və istintaq aparan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilmişlər”.

Arzu Nağıyev qeyd edib ki, müxtəlif dövrlərdə Suriyada, İraqda və s. dövlətlərdə müəyyən hazırlıqlar keçmiş, sonradan müəyyən yollarla gəlib Azərbaycan ərazisinə çıxmış şəxslərə qarşı ciddi addımlar atılır və atılacaqdır. Bu bir daha Azərbaycan dövlətinin apardığı müstəqil daxili və xarici siyasətin bariz nümunəsidir. Ali Baş Komandanın tapşırığına uyğun olaraq, bütün hüquq və mühafizə orqanları, xüsusi xidmət orqanları bu istiqamətdə mübarizəni daha da genişləndirəcəklər.

“Müharibənin bitməsinə baxmayaraq, 44 günlük müharibədən sonra da bir sıra erməni separatçılarına qarşı aparılan mübarizə, eyni zamanda onların havadarlarının sərhəddə törətməyə çalışdıqları təxribatlar göz qabağındadır və bütün bunlar kompleks şəklində hüquq mühafizə və xüsusi xidmət orqanlarının nəzarəti altındadır. Düşünürəm ki, mütəmadi olaraq onlara qarşı belə ciddi əməliyyatlar aparmasının şahidi olacağıq”, - deyə deputat vurğulayıb.

Aminə Nəzərova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 03 Fevral 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see351

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see349

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see347

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see275

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see269

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see268

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see267

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see259

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see250

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see250

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see238

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see231

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see229

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see228

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see227

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see225

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see223

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see223

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see220

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri