Icma.az
close
up
RU
Xüsusilə mərkəz hücumçusu Kamilo Duranı bəyənirəm Nyukasl ın baş məşqçisi

Xüsusilə mərkəz hücumçusu Kamilo Duranı bəyənirəm Nyukasl ın baş məşqçisi

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Nyukasl"ın baş məşqçisi Eddi Hau Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçiriləcək cavab qarşılaşmasından əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.

"Football-plus.az" xəbər verir ki, mütəxəssis ilk oyundakı qələbədən çox, nümayiş olunan oyun keyfiyyətinin onun üçün daha önəmli olduğunu vurğulayıb:

"İlk oyunda "Qarabağ"a qarşı qazanılan nəticədən daha çox, nümayiş etdirdiyimiz performans, oyun tərzi və qələbə aclığı məni razı saldı. Həmin matç bizim bu mövsüm sərgilədiyimiz ən yüksək səviyyəli matç idi. Məqsədim komandanın bu səviyyəyə mümkün qədər tez-tez çatmasına nail olmaqdı. "Mançester Siti" ilə oyunda fərqli nəticə qeydə alınsa da, bənzər performans səviyyəsini qoruya bildik".


Hau komandasının fiziki hazırlığına və qarşıdakı matçda sabit oyun nümayiş etdirməyin vacibliyinə də diqqət çəkib:

"Həmin oyunlar göstərdi ki, biz istənilən rəqiblə rəqabət apara bilərik və fiziki cəhətdən olduqca güclüyük. Həmin performans bizi yenidən canlandırmaq üçün bir qığılcım idisə, bu, əladı. Sabahkı oyunda da eyni səviyyəyə can atmalıyıq. Mövsümboyu axtardığımız sabitliyi tapmaq üçün sabah özümüzün ən yaxşı oyunumuzu nümayiş etdirməliyik".


Mütəxəssis bu mərhələyə adlamağın mövsümün əvvəlindən qarşıya qoyulan əsas hədəf olduğunu vurğulayıb:

"Hər iki turnir başlamazdan əvvəl bu barədə danışmışdıq. Bizim ilkin hədəfimiz məhz 1/8 final mərhələsinə vəsiqə qazanmaq idi. Hesab edirəm ki, yarışın bu mərhələsinə çatdıqdan sonra hər şey mümkündü. Cari mövsümdə həm Liqa Kubokunda, həm də Federasiya Kubokunda göstərdik ki, "ölüm-dirim" oyunlarında heyətimiz özünün ən yaxşı performansını nümayiş etdirə bilir. Turnirdə irəlilədikcə bu xarakterimizi daha qabarıq göstərəcəyimizə inanıram. Lakin uzaq hədəflərə baxmayaraq, hazırda bütün diqqətimizi sabahkı oyunda qələbə qazanmağa yönəltmişik".


Hau futbolçularına böyük zirvələri xəyal etməyi aşılamağın vacibliyinə də toxunub:

"Mən oyunçularımı hər zaman böyük xəyallar qurmağa və müsbət ideyalara köklənməyə təşviq edirəm. Bu, komandanın inkişafı üçün olduqca sağlam yanaşmadı. Əlbəttə, mövqeyimdə olan biri üçün hər oyunu addım-addım təhlil etmək və detallara fokuslanmaq vacibdi. Bu səhər keçirdiyimiz məşqlərdə də sabahkı tapşırıqlarımızı icra etməyə çalışdıq. Lakin insanın beyninin bir küncündə o böyük hədəflərin olması əladı, çünki bu, sizi ən yaxşısını etmək üçün daha da ruhlandırır".


Mütəxəssis Ağdam təmsilçisinin bəzi futbolçularını xüsusi fərqləndirərək rəqibə qarşı ciddi yanaşdıqlarını vurğulayıb:

"Daha əvvəl də qeyd etdiyim kimi, "Qarabağ"ın oyunlarını analiz edərkən onlardan çox təsirləndim. Xüsusilə mərkəz hücumçusu Kamilo Duranı bəyənirəm. Sürəti ilə müdafiənin arxasına sızması rəqiblər üçün real təhlükədi və qol vurmaq hissi çox güclüdü. Yarımmüdafiədə Yankoviçin də keyfiyyətli futbolçu olduğunu düşünürəm. Bir sözlə, rəqibin heyətində çox yaxşı oyunçular var. İlk matçda biz özümüzün ən yaxşı oyunumuzu oynadıq və onlar üçün çətinlik yaratdıq. Sabahkı oyuna çox ciddi hazırlaşmışıq. Çünki onların necə yaxşı komanda olduqlarını bilirik".


Mütəxəssis ardıcıl uğurlu çıxışların təməlində dayanan əsas amilin yüksək enerji olduğunu vurğulayıb:

"Düzünü desəm, mövsüm ərzində enerjimizdə eniş-yoxuşlar müşahidə olunurdu. Lakin son oyunlarda nümayiş etdirdiyimiz temp və enerji olduqca yüksək səviyyədədi. Bu proses hücumun ən uc nöqtəsindən, Entoni Qordondan başladı və zəncirvari şəkildə bütün komandaya sirayət etdi. Biz meydanda bu dinamikanı və sürəti nümayiş etdirəndə istənilən rəqiblə rəqabət apara bilirik".


Hau komandanın fiziki gücü ilə texniki bacarıqlarının vəhdətinə də diqqət çəkib:

"Fiziki gücümüz sayəsində rəqibləri meydanda çox narahat vəziyyətə salmağı bacarırıq. Ən yaxşı formada olduğumuz zaman topa sahib olarkən istədiyimiz planı icra etmək üçün kifayət qədər yüksək texniki bacarıqlara malikik. Mövsümboyu keçirdiyimiz oyunların sayını nəzərə alsaq, fiziki hazırlığımızın çox yüksək səviyyədə olduğunu deyə bilərəm".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 23 Fevral 2026 23:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri