Xutorda iki aydır su axır, sakinlər evlərində yaşaya bilmirlər ŞİKAYƏT
Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
Bakının Binəqədi rayonunun Xutor qəsəbəsində yerləşən 9-cu sıra adlanan ərazidə iki aya yaxındır davam edən su sızması sakinlərin narazılığına səbəb olub.
BAKU.WS-in "qaynar xətti"nə müraciət edən sakinlərin sözlərinə görə, ərazidə ana su xəttində yaranmış nasazlıq nəticəsində su uzun müddətdir axır.
Bildirilir ki, aidiyyəti qurumlar tərəfindən əraziyə baxış keçirilsə də, problem hələ də tam aradan qaldırılmayıb.
Şikayətçi qeyd edir ki, suyun davamlı şəkildə axması nəticəsində evlərdə güclü rütubət yaranıb. Onun sözlərinə görə, yorğan-döşək və digər məişət əşyaları nəm çəkib, bəzi əşyalar isə yararsız vəziyyətə düşüb. Sakin hətta evində yaşamağın çətinləşdiyini bildirir.
Bu mövzuda digər xəbərlər:Sakinlər binada kommunal xətləri öz adlarına rəsmiləşdirə bilmirlər ŞİKAYƏT
02 Sentyabr 2025 23:01
Sumqayıtda sakinlər aldıqları mənzillərə köçə bilmirlər MTK dan ŞİKAYƏT
06 Dekabr 2025 08:13
Hacıqabulda sakinlər qurdlu su içirlər? ŞİKAYƏT
28 Avqust 2025 02:16
Sabunçuda yeddi aydır ki, içməli su yola axır ŞİKAYƏT
07 Mart 2026 18:15
Sakinlər yaşadıqları mənzillərin çıxarışlarını ala bilmirlər: MTK dan ŞİKAYƏT VİDEO
26 Fevral 2026 03:01
Baxış sayı:211
Bu xəbər 09 İyun 2026 19:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















