Xviça Kvaratsxeliya ən yaxşı futbolçu seçildi
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
Gürcüstan Futbol Federasiyası tərəfindən keçirilən sorğuya əsasən, milli komandanın və PSJ-nin hücumçusu Xviça Kvaratsxeliya 2025-ci il üçün ölkənin ən yaxşı futbolçusu seçilib.
Moderator.az xəbər verir ki, Kvaratsxeliya beşinci dəfə (2020, 2021, 2022, 2023, 2025) Gürcüstanın ən yaxşı futbolçusu seçilib ki, bu da rekord göstəricidir.
2025-ci ildə Kvaratsxeliya PSJ ilə altı kubok əldə edib. O, Fransa Liqa 1, Fransa Kuboku, Fransa Super Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Superkubokunu və FIFA Qitələrarası Kubokunu qazanıb.
Qeyd edək ki, Xviça Kvaratsxeliya Azərbaycan millisinin sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.
Bu mövzuda digər xəbərlər:Xviça Kvaratsxeliya Çempionlar Liqasının ən yaxşısı seçildi
31 May 2026 20:37
Xviça Kvaratsxeliya dünyanın ən yaxşısı
11 May 2025 09:35
Xviça Kvaratsxeliya Qətərdə
26 Oktyabr 2026 11:40
Nəticədən razıyıq, amma... Xviça Kvaratsxeliya
10 Aprel 2025 11:05
Xviça Kvaratsxeliya yeni klubuna qovuşdu
15 Yanvar 2025 03:33
Baxış sayı:180
Bu xəbər 29 Dekabr 2025 18:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















