Icma.az
close
up
RU
XXI əsrdə dövlətlərin, imperiyaların da mahiyyəti dəyişməlidir ŞƏRH EDİLDİ

XXI əsrdə dövlətlərin, imperiyaların da mahiyyəti dəyişməlidir ŞƏRH EDİLDİ

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

"İranla İsrail arasında davam edən 12 günlük müharibə hərb tarixində yeni bir müharibə növü kimi qaldı". Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

O bildirib ki, bu müharibə sadəcə hava hücumu vasitələri ilə edilən və raket mübadiləsi ilə həyata keçirilən müharibə kimi yadda qaldı: "İlk baxışda bu müharibə regionda sanki kardinal dəyişikliklər etmədi kimi görünsə də, amma dərin qatlarda, şübhəsiz ki, Yaxın Şərqin gələcəyi baxımından yeni reallıqlar formalaşdıracaq qədər əhəmiyyətli müharibə oldu. Nəzərə almaq lazımdır ki, biz sadəcə uzun illərdir müxtəlif formalarda İranla İsrail arasında davam edən müharibənin yeni bir fazasını gördük. Əgər bütövlükdə bu müharibəni sadəcə İran-israil münasibətləri kontekstində qiymətləndirməyə çalışsaq, 1979-cu ildə davam edən müharibənin birinci mərhələsi kimi səciyyələndirə bilərik. Çünki dərindən təhlil etsək, görərik ki, 1979-cu ildən başlayan İran-israil qarşıdurması müxtəlif mərhələlərdə baş verirdi. Həm ideoloji, həm dini, həm də vəkalət müharibələri kontekstində baş verirdi. Gəldiyimiz nöqtədə bu müharibə İsrailin böyük uğuru kimi qiymətləndirilə bilər. Çünki İsrail radikal məzhəb qruplaşmalarını Yaxın Şərqdən demək olar ki, təmizləməklə 12 günlük müharibənin yolunu açdı. Şiə milisləri, Suriyadakı rejim, İraqdakı İrana aid qüvvələr, uzun illər ərzində Yəməndəki Husilər və sair bütün bunlara qarşı İsrail müharibə apararaq, nəhayət, onların böyük əksəriyyətini zərərsizləşdirdikdən sonra birbaşa İranla müharibəyə başladı. Ona görə də, bu müharibə İsrailin əldə etdiyi tarixi bir uğurdur, əlbəttə ki, radikal məzhəbçilərə qarşı".

"İranın özünə gəldikdə isə biz həmişə İranda sabitliyin olmasını arzulamışıq. Amma İran bir imperiyadır və imperialist ideyalarla çıxış edir. Nüvə silahı da İrana öz imperiya mahiyyətini qorumaq üçün lazımdır. Bu isə təkcə İsrail üçün yox, bütün bölgə ölkələri üçün təhdiddir. Əgər İran nüvə silahına malik olarsa, əminəm ki, onu İsraildən daha əvvəl digər qonşu müsəlman ölkələrinə tətbiq edə bilər. Məsələnin mahiyyəti bundan ibarətdir. Ona görə də, düşünürəm ki, 12 günlük müharibə gələcək qəti müharibənin də yeni mərhələsini yaradacaqdır. Bu isə heç şübhəsiz ki, bütün regiona dərindən təsir göstərəcəkdir.

Mənə elə gəlir ki, XXI əsrdə dövlətlərin, imperiyaların da mahiyyəti dəyişməlidir. Liberal dəyərlər əsasında və hüquq əsasında qurulan yeni beynəlxalq münasibətlər sistemi yaranmalıdır. Ona görə də, düşünürəm ki, Yaxın Şərq bu istiqamətdə tarixi hadisələrə şahidlik edəcəkdir" - deyə o, əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 İyun 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see158

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see152

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see132

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see132

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri