Icma.az
close
up
RU
XXI əsrdə informasiya təbliğatına cəhdlərin xüsusiyyətləri

XXI əsrdə informasiya təbliğatına cəhdlərin xüsusiyyətləri

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son aylarda Azərbaycan Respublikasına qarşı regiondakı bəzi mərkəzlər tərəfindən aparılan informasiya hücumlarının davam etməsi müşahidə olunur. Bu hücumlarda istiqamətlərdən biri də milli ideoloji dayaqların sarsıdılması istiqamətində cəmlənib. Lakin bu təbliğat cəhdləri Azərbaycan xalqının dövlətinə və liderlərinə olan etimadını sarsıda bilmir, bilməyəcək. 

Ələlxüsus bəzi qonşu dövlətlər daxilindəki müəyyən qruplar tərəfindən aparılan informasiya təbliğatında müxtəlif istiqamətlər üzrə ictimai rəyi çaşdırmaq və aldatmaq müşahidə edilməkdədir.

Xarici siyasətlə bağlı təxribatlar:

Nümunə kimi, son 2 ildəki Qəzza ətrafında baş verənlər fonunda Azərbaycanı Qərbin təsirində olan ölkə kimi təqdim etməkdədirlər. Hətta 2 müsəlman dövlətindəki anti - Azərbaycan qüvvələr İsrailin də adını çəkməkdədirlər. Əslində, bu iddialar yalnız Azərbaycanın müstəqil qərarvermə modelinə və suveren xarici siyasətinə qarşı yönəlmiş təzyiq vasitələridir. İrandakı bəzi qruplar timsalında şəxslər unudur ki, Azərbaycan heç bir gücün peyki deyil — əksinə, regionda müstəqil qərar verən, tarazlaşdırılmış siyasət yürüdən azsaylı dövlətlərdəndir.

Tarixi şəxsiyyətlərlə bağlı manipulyasiya:

Azərbaycanın müstəqillik illərində əldə etdiyi nailiyyətlər – siyasi sabitlik, iqtisadi dirçəliş, ordu quruculuğu və diplomatik uğurlar – aparılan sistemli siyasət fəlsəfəsinin nümunəsidir. Xarici informasiya mərkəzləri, bu uğurları sarsıtmaq üçün milli liderlərin nüfuzuna xələl gətirməyə, tarixi şəxsiyyətlərə qarşı etimadsızlıq yaratmağa cəhd göstərirlər.

Bu, klassik psixoloji təsir metodudur: xalqın liderinə inamını sarsıtmaq, nəticədə dövlətin dayaqlarını zəiflətmək. Orta əsrlərdən indiyə qədərki tarixi şəxsiyyətlərə mənfi münasibətin formalaşdırılması onilliklərdir ki, müşahidə olunub. Son zamanlar yenidən müşahidə edilməkdədir. Lakin Azərbaycan cəmiyyəti bu manipulyasiyaları görür və dövlətçilik ideallarına sadiqliyini qoruyur.

İslam daxilində siyasi mərkəzlərin fəaliyyəti:

Son 30 il ərzində radikal təfəkkürlərin yayılması və iki dini cərəyanı bir - birinə qarşı qoymaq xarici mərkəzlər tərəfindən müşahidə olunmaqdadır. İndiki halda, bu, səssiz şəbəkəni genişləndirmək ilə müşahidə olunur. Lakin, etdikləri əbəsdir. Hər şey nəzarətdədir və kanallar məlumdur. Azərbaycanda dini model aşağıdakı kimi olmalıdır və hər zaman da belə olub – insanlıq, mərhəmət, ədalət və mənəvi təmizlik prinsipləri. Bu dəyərlər əsrlər boyu Azərbaycan torpaqlarında yaşayıb və bu gün də Qarabağda, Naxçıvanda, Bakıda, Gəncədə, Lənkəranda, Qusarda öz təzahürünü tapmaqdadır. 

Gənc nəslin beyinlərinin yuyulmasına cəhdlər:

Müasir dövrdə informasiya müharibələrinin əsas hədəfi gənc nəsildir. Xarici qüvvələr sosial şəbəkələr, dini-siyasi platformalar və saxta xəbər kanalları vasitəsilə gəncləri yanlış ideoloji təsir altına salmağa çalışırlar. Lakin Azərbaycan dövlətinin təhsil, informasiya təhlükəsizliyi və milli dəyərlərin təbliği istiqamətində atdığı addımlar, gənclərin bu təsirlərdən qorunmasını təmin edir.

Bu gün Azərbaycan gəncliyi milli kimliyinə sadiq, texnoloji və intellektual baxımdan inkişaf etmiş, dövlətinə bağlı bir nəslə çevrilib.

Xülasə: mövzu kifayət qədər uzundur və ciddi çağırışlarla qeyd olunmaqdadır. Bütün institutların sistemli fəaliyyəti, o cümlədən gənclər, təhsil, idman sektorlarındakı fəaliyyət olduqca vacibdir. 

İnformasiya müharibəsi XXI əsrin əsas qarşıdurma formasıdır. Bu müharibədə silah – məlumat, müdafiə isə milli şüur və ideoloji birlikir. 

Bu məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyini dəstəyi ilə “Bakı Politoloqlar Klubu” İctimai Birliyi tərəfindən icra olunan “Dövlət suverenliyi və milli birliyin qorunmasının ideoloji əsaslarının təhlili” layihəsi çərçivəsində hazırlanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://modern.az
archiveBu xəbər 31 Oktyabr 2025 20:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see290

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see287

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see227

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see197

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see186

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see160

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see153

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see150

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see149

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see147

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see143

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri