Icma.az
close
up
RU
Ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil Uzaq Çin indi bizə daha yaxındır

Ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil Uzaq Çin indi bizə daha yaxındır

525.az saytına istinadən Icma.az xəbər verir.

Vətən müharibəsindəki möhtəşəm zəfərdən sonra Azərbaycan beynəlxalq arenalarda daha güclü, daha qətiyyətli, inamlı və özügüvənlidir. Lider faktoru ilə birbaşa bağlı olan bu mühüm amillər ölkəmizi dünya siyasi arenasında tarixin heç bir dönəmində olmadığı qədər aparıcı mövqeyə yüksəldib. Bu baxımdan, Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dünən gerçəkləşən tarixi səfəri də çox mühüm əhəmiyyət kəsb edir. Tarixi dostluq, iqtisadi-ticari, siyasi əməkdaşlıq bu gün əlaqələrin yeni mərhələdə daha sürətli inkişafını şərtləndirir ki, cənab İlham Əliyev və cənab Si Cinpin bunu etdilər. Hər iki lider hərtərəfli strateji əməkdaşlıq əlaqələrinin əsasını qoymaqla münasibətlərin dərinləşməsinə yeni nəfəs verdilər.

Geosiyasi oyunlara Pekində daha bir nöqtə qoyuldu

Təbii ki, səfər çərçivəsində diqqəti çəkən əsas məqam isə diplomatik münasibətlərin 33 illiyi ərəfəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın imzalanmasıdır. Dünyanın supergüclərindən biri olan və artıq gələcəyin ölkəsinə çevrilən Çinlə belə bir mühüm sənədin imzalanması Prezident İlham Əliyevin düşünülmüş, ölkəmizin milli maraqlarına əsaslanan uğurlu xarici siyasət kursunun təntənəsidir. Bəyanatda qeyd olunduğu kimi, tərəflər milli şərtlərə uyğun olan inkişaf yolunu seçməkdə bir-birini möhkəm dəstəkləyir, hər iki ölkənin təməl maraqlarının, suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunmasında bir-birinə qətiyyətli dəstək verirlər. Azərbaycan tərəfi dünyada yalnız vahid bir Çinin mövcudluğunu, Tayvanın Çin ərazisinin ayrılmaz tərkib hissəsi olduğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu tanıyır, “Tayvanın müstəqilliyi”nin istənilən formasına qarşı qətiyyətlə çıxır və ölkənin yenidən birləşməsinin həyata keçirilməsində Çin hökumətini dəstəkləyir. Çin Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və qarşıdurmaya yönəlmiş geosiyasi oyunları qeyri-məhsuldar hesab edir.

Bəli, məhz bu tarixi səfərin mahiyyətində dayanan əsas faktorlardan biri Azərbaycana qarşı yönəlmiş geosiyasi oyunlara Pekində daha bir nöqtə qoymaq, eləcə də bölgədə əsas oyunçunun Azərbaycan olduğunu bir daha təsdiqləməkdir. Bu, həm də, Fransa, ABŞ, Rusiya kimi güclərə yeni reallaqların fonunda verilən bir mesajdır.

20 faizdən çox artım

Müasir dövrdə iqtisadi güc yoxdursa, siyasi arenada uğur qazanmaq çox çətindir. Belə olan halda, səninlə heç kim hesablaşmaq istəmir.Məsələn, elə Nikol Paşinyanı götürək. Onun  xaricə etdiyi səfərlər turistik mahiyyətdən başqa bir şey ifadə etmir. Hər iki ölkə bu amili də nəzərdən qaçırmayaraq  yüksək dayanıqlılıq və uzunmüddətli sabitliyə malik yeni birgə inkişaf məkanı yaratmaq üçün "Bir kəmər, bir yol" təşəbbüsünün Azərbaycanın “İpək Yolunun dirçəldilməsi” dövlət inkişaf strategiyası və 2030-cu ilə qədər olan sosial-iqtisadi inkişaf Strategiyası ilə uyğunlaşdırılmasını möhkəmləndirmək barədə razılaşıblar. Və ciddi əsaslar da var: son illər qarşılıqlı ticarət dövriyyəsi 20 faizdən çox artıb.

Həmçinin, tərəflər neft-kimya, metallurgiya, tekstil sənayesi, əczaçılıq, maşınqayırma avadanlığı kimi sahələrdə iki ölkənin müəssisələrinin kommersiya əsaslı əməkdaşlığının möhkəmləndirilməsində, dərinləşdirilməsində və genişləndirilməsində dəstəklərini ifadə ediblər.  

Xüsusilə, bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlıq, təmiz enerji sahəsində qlobal tərəfdaşlığın formalaşması, nəqliyyat infrastrukturunun inkişafı, logistika və daşınmaların səmərəliliyinin artırılması istiqamətində də birgə addımlar atılacaqdır.

Media sahəsində də əməkdaşlıq genişləndiriləcək

Çin-Azərbaycan əlaqələri bizim təmsil olunduğumuz sahələr üzrə də diqqətdədir. Bəyanatda deyilir ki, tərəflər səhiyyə, idman, kinematoqrafiya və televiziya sahələrində əməkdaşlığı genişləndirəcək, gənclər və akademik dairələr xətti üzrə dostluq əlaqələrini artıracaqlar. Hər iki ölkə qarşılıqlı səfərlər, informasiya və təcrübə mübadiləsi vasitəsilə media sahəsində əməkdaşlığın genişləndirilməsini dəstəkləyirlər. Və daha bir mühüm cəhət isə vizaların qarşılıqlı ləğvidir. Məsələ konkret bu cür vurğulanır: “Tərəflər insanlar arasında mübadilənin daha da sadələşdirilməsinə kömək etməyə hazır olduqlarını bildirirlər, bütün sahələrdə əlaqələrin və əməkdaşlığın aktivləşdirilməsi üçün təkan olacaq ümumvətəndaş pasportuna malik şəxslər üçün vizaların qarşılıqlı ləğvi haqqında hökumətlərarası Sazişin razılaşdırılmasını və imzalanmasını alqışlayırlar”.

Qardaşlaşdıq

Bu gün terrorizm, separatizm və ekstremizim milli təhlükəsizliyə və regional sabitliyə ciddi hədədir. Çinlə bu məsələlərdə də birgə mübarizə yoluna çıxırıq. Eyni zamanda, narkotik cinayətləri, transmilli mütəşəkkil cinayətkarlıqla, həmçinin kibertəhlükəsizlik kimi çağırışlarla birgə mübarizə aparılacaq.

Günün digər bir yaxşı xəbəri də Çindən gəldi. Belə ki, Çinin Urumçi şəhəri ilə Naxçıvan şəhəri qardaşlaşdı. Bu, Naxçıvan kimi dünya mədəniyyətinin beşiyi, Böyük İpək Yolunun mərkəzi olan tarixi bir şəhərin diqqət mərkəzinə düşməsi, tanıdılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Çin universitetləri ilə Naxçıvan universitetləri arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasına qapı açır.

Bir yerdə kiçik insanların böyük kölgələri varsa...

P.S. Böyük Çin filosofu və mütəfəkkiri Konfutsi deyirdi: “Ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil”. Bu gün yeni dövrün liderləri olan cənab İlham Əliyev və cənab Si Cinpin həm gələcəyə yol tapdılar, həm də yol açdılar... Makron kimi ədəbazlar isə yoldan çəkilməyə məhkumdurlar, çünki kiçik insanların kölgəsini böyüməyə qoymaq olmaz: Bir yerdə kiçik insanların böyük kölgələri varsa, deməli o yerdə günəş batır. Biz isə bu gün Azərbaycanın dünyaya günəş kimi doğduğunun bir daha şahidi olduq... Çünki biz böyüyük!

Sahil Tahirli, nuhcixan.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Aprel 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see296

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see193

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see190

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see185

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see179

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see179

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see175

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see156

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see154

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see151

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see140

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see137

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see130

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see128

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see126

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see125

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see122

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see122

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri