Icma.az
close
up
RU
“Ya zəlzələdən, ya vəlvələdən” Ursula von der Leyen COP29a gəlməyəcək ANALİZ

“Ya zəlzələdən, ya vəlvələdən” Ursula von der Leyen COP29a gəlməyəcək ANALİZ

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Bir neçə gündən sonra Bakıda dünyanın miqyasına görə ən böyük tədbirlərindən biri - BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 başlanacaq. Ev sahibi olaraq Azərbaycan üzərinə düşəni edərək, bütün dövlət və hökumət başçılarına, beynəlxalq təşkilat rəhbərlərinə, media agentliklərinə rəsmi dəvət məktubları göndərib. Onların çoxu da bu dəvətə “hə” deyib və dünya üçün olduqca vacib bu tədbirdə iştirakını təsdiqləyiblər. Aİ-nin İqlim fəaliyyəti üzrə komissarı Vopke Hoekstra isə artıq Bakıdadır.


Bu barədə "Sherg.az"a danışan siyasi şərhçi Fərid Şahbazlı deyib ki, gözlənildiyi kimi, bəzi dövlət və hökumət başçıları və bəzi beynəlxalq təşkilat rəhbərləri müxtəlif bəhanələrlə Bakıya gəlməyəcəklərini elan ediblər. Bu tendensiya bəzi Avropa dövlətləri arasında və Avropa ölkələrinin təmsil olunduğu təşkilatlarda daha çox müşahidə olunur:


 "Misal üçün ermənilərin “böyük bacıları – Emmanuel Makronun Bakıya gəlməyə nə ürəyi, nə də üzü yoxdur. Heç Bakıdada da onu gözləmirlər. Erməni diasporunun səsinə və puluna ehtiyacı olan ABŞ prezidentini də başa düşmək olar. Belçika, Niderland, Norveç kimi Azərbaycanı sevməyən digər Avropa dövlətləri ilə bağlı da hər şey aydındır. Amma Avropa Komissiyasının sədri xanım Ursula fon der Layenin Bakıya gəməkdən imtina etməsi ən yaxşı halda təəccüb doğurur. Bu günlərdə qurumun sözçüsü təsdiq edib ki, sədr Ursula von der Leyen Azərbaycanda keçiriləcək COP29 iqlim sammitində iştirak etməyəcək. O qeyd edib ki, "Avropa Komissiyası keçid mərhələsində olduğundan, sədr əsas diqqətini öz institusional məsuliyyətlərinə yönəldəcək".

Şübhəsiz ki, bu səbəb deyil, cılız bir bəhanədir. Özü də ev tapşırıqlarını yerinə yetirməyən bir şagirdin gətirdiyi cılız bəhanələr kimi. Çünki Layen xanım özü də yaxşı bilir ki, bu tipli tədbirlərdə (harada keçirilməsindən asılı olmayaraq) iştirak yalnız onun vəzifəsi yox, həm də birbaşa borcudur. Çünki planeti ən çox təhlükəyə məruz qoyan, çirkləndirən məhz onun başçılıq etdiyi təşkilatda təmsil olunan dövlətlərdir. 

Bir faktı deyək: ÜST-nin məlumatına görə, Avropada ekoloji risk faktorları koroner ürək xəstəliyi hallarının təxminən 26 faizini, insultların 25 faizini və xərçəngin 17 faizini təşkil edir. Burada insan ölümlərinin də əsas səbəbi nəqliyyat, sənaye və enerji istehsalı ilə əlaqəli havanın çirklənməsidir".


F. Şahbazlının sözlərinə görə, Ursula von der Layenin Bakıya gəlməkdən imtina etməsinə yalnız bir ad vermək olar: məsuliyyətdən yayınmaq: 

"Amma xanım Leyen da anlayır ki, “qaçmaqla” məsuliyyətdən yaxa qurtarmaq mümkün deyil. Hər şeyin bir sonu, hər sualın bir cavabı əvvəl-axır olmalıdır. Başqa səbəblər də ola bilər. Məsələn, ola bilsin ki, Azərbaycanın öz torpaqlarını erməni işğalından azad edib, dövlət suverinliyini bütövlüşdürməsi Layen xanıma da “pis təsir” edib. Bəlkə o da Avropa Şurası, AŞPA, ATƏT və s. kimi Ermənistanın “yasını tutan” Fransa prezidenti Emmanuel Makronun “göz yaşları”nın təsiri altına düşüb? 

Əgər elədirsə, çox pis. Çünki Azərbaycan beynəlxalq hüquqa, BMT qətnamələrinə zidd heç bir görməyib. Daha dəqiq desək, onların yerinə yetirməli olduğu işi görüb. 

İkincisi, Azərbaycan tərəfdaş ölkə kimi, bu gün Avropanın yaşamasında, xüsusilə də enerji təhcizatında vacib rol oynayır. Elə xanım Leyen özü 2022-ci ilin iyulunda Azərbaycanda səfərdə olarkən bəyan etmişdi ki, Avropa İttifaqı daha etibarlı enerji təchizatçıları axtarışındadır və Azərbaycan Avropanın təchizat təhlükəsizliyi və iqlim neytrallığına gedən yolda həlledici tərəfdaş kimi çıxış edir. Maraqlıdır, bəs indi nə oldu?

Qısası “ya zəlzələdən, ya vəlvələdən” Ursula von der Leyen  COP29-a gəlməyəcək. Amma  COP29 olacaq, özü də ən yüksək səviyyədə. 

Onsuz də biz belə şeylərə öyrənmişik. Nə vaxt ki, Azərbaycan hansısa qlobal bir tədbirə, hətta beynəlxalq idman yarışına ev sahibliyi edirsə, belə söhbətlər, şıltaqlıqlar, ərköyünlüklər, qısqanclıqlar, paxıllıqlar və s. ən qabarıq formada ortaya çıxır. 

Bu da onların növbətisidir və bizə elə gəlir ki, bəlkə də ona bu qədər diqqət yetirmək özü, doğru deyil. Necə deyərlər, “Dəyirman öz işində, çax-çax isə baş ağrıdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Noyabr 2024 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see385

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see290

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see239

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see199

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see198

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see182

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see177

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see163

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see163

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see159

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see146

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see145

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see141

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri