Icma.az
close
up
RU
Yadplanetli həyatın mümkün olduğu 45 məkan: Ən yaxın planet hansıdır?

Yadplanetli həyatın mümkün olduğu 45 məkan: Ən yaxın planet hansıdır?

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Astronomlar yadplanetli həyatın mövcud ola biləcəyi ən perspektivli 45 planeti müəyyən ediblər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Independent" nəşri "Monthly Notices of the Royal Astronomical Society" jurnalında dərc olunan araşdırmaya istinadən yazır.

Hazırda alimlər Günəş sistemindən kənarda yerləşən 6000-dən çox ekzoplanet aşkar ediblər. Lakin onların əksəriyyəti çox yüksək və ya çox aşağı temperatur, eləcə də digər əlverişsiz şərait səbəbindən yaşayış üçün uyğun hesab edilmir.

Seçilmiş planetlər arasında "Proxima Centauri b", "TRAPPIST-1f" və "Kepler-186f" kimi tanınmış obyektlər də var. Tədqiqatçılar hesab edirlər ki, bu siyahı gələcəkdə yadplanetli həyatın izlərini tapmaq və kosmik missiyaları planlaşdırmaq üçün əsas istiqamət olacaq.

"Yaşayış zonası” anlayışı

Araşdırmada planetlərin yaşayış üçün uyğunluğunu müəyyən edən "yaşayış zonası” (və ya "qızıl orta”) konsepsiyasının da yoxlanılması nəzərdə tutulur. Bu, ulduz ətrafında temperaturun maye suyun mövcudluğuna imkan verdiyi sahədir.

Alimlər bu zonanın sərhədlərində yerləşən planetləri araşdıraraq, bu modelin nə dərəcədə etibarlı olduğunu daha yaxşı anlamağa çalışırlar.

TRAPPIST-1 sistemi diqqət mərkəzində

Ən çox maraq doğuran obyektlərdən biri təxminən 40 işıq ili uzaqlıqda yerləşən "TRAPPIST-1" sistemidir. Bu sistemdəki bəzi planetlər öz ulduzlarından Yerə bənzər şəkildə enerji alır.

Bununla belə, əsas amil atmosferin mövcudluğudur. Çünki atmosfer suyun saxlanması üçün vacibdir və bu da həyatın yaranmasının əsas şərtlərindən biridir.

Tədqiqatın müəlliflərindən biri, aspirant Gillis Lauri bildirib ki, planetin yaşayış üçün uyğun olub-olmadığını dəqiq müəyyənləşdirmək çətin olsa da, ilk addım harada axtarış aparılacağını bilməkdir.

Gələcək müşahidələr

Hazırlanan siyahının "James Webb" Kosmik Teleskopu, "Nancy Grace Roman" teleskopu və "Extremely Large Telescope" kimi müasir və gələcək müşahidə vasitələri üçün istiqamətverici olacağı gözlənilir.

Növbəti mərhələdə alimlər bu planetlərin atmosferə sahib olub-olmadığını araşdıracaqlar. Bu isə onların həyat üçün yararlılığını müəyyən edən əsas meyardır.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 Mart 2026 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see470

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see425

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see379

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see373

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see348

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see342

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see332

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see332

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see328

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see324

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see309

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see301

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see282

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see282

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see269

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see268

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see266

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see256

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see239

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri