Icma.az
close
up
RU
Yadplanetlilərə göndərilən Azərbaycan MAHNISI

Yadplanetlilərə göndərilən Azərbaycan MAHNISI

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yadplanetlilər haqqında mövzular zaman-zaman gündəm olub. Onlar barəsində həmişə danışılır. Ancaq yadplanetlilər kimdir, məqsədi və məramı nədən ibarətdir - bu haqda heç kim elmi izah verə bilmir.
Yadplanetliləin varlığına inananlar da var, bu iddiaları inkar edənlər də... Başqa planetdə yaşayan varlıqlar bizdən nələrilə fərqlidirlər? Bu sualın da birmənalı cavabı yoxdur.
Modern.az saytı yadplanetlilər və Azərbaycan mədəni irsinə dair az bilinən maraqlı bir faktı araşdırıb.

47 il əvvəl başqa planetdə də canlıların yaşadığını düşünən məşhur astronom, “Kosmos” kitabının müəllifi Karl Saqan "Voyacer qızıl plastinkası" adını verdiyi disk vasitəsi ilə Yer kürəsi haqqında məlumatları yadplanetlilərə göndərmək fikrinə düşüb. Bu disk 1977-ci ildə dünyadan 23 milyard km uzağa göndərilən “Voyacer -1” kosmik gəmisinə yerləşdirilib. Bu gəmi Günəş sistemindən kənarda olan qalaktikanı müşahidə etmək və orada həyatın olub-olmadığını öyrənmək məqsədilə indiyədək Yerdən ən uzaq məsafəyə göndərilən və hələ də səyahətini davam etdirən yeganə kosmik sistemdir.

Karl Saqan və komandası başqa planetlərdə həyatın olub-olmadığını öyrənməklə yanaşı, orada yaşayan digər canlılara da Yer kürəsindəki həyat haqqında məlumat vermək üçün planetimiz haqqında məlumatlar toplusunu qızıl diskə yazmaq qərarına gəlib. Diskdəki materiallar elə hazırlanıb ki, bu plastinkanı dinlədikdən sonra Yer kürəsi ilə bağlı heç nə biliməyən naməlum varlıqlar konkret fikir sahibi olacaq, dünyadakı yaşamın miniatürünü görəcəkdir.

Bu prinsiplə hazırlanan diski Nuhun gəmisinin müasir versiyası da adlandırmaq olar. Plastinkada olan səs yazıları bizim dünyamızdakı meşə, vulkan, okean, həmçinin quşlar və yırtıcı heyvanların səsi ilə yanaşı, ürək döyüntümüzü, gülüşümüzü, duyğularımızı - bir sözlə yaşadığımız planetə və bizə aid olan hər bir səsi milyardlarla kilometr uzaqlıqda olan canlılara göndərmək üçün toplu halına gətirib.

Bəşəriyyətin yarandığı dövrdən etibarən insan mədəniyyət sayəsində yadda qalıb və əsas inkişaf prespektivi də mədəniyyətin inkişafı ilə ölçülüb. Minilliklər keçsə də, müxtəlif xalqaları, cəmiyyəti ifadə edə biləcək ən yaxşı vasitə hələ də mədəniyyətdir. Bu səbəbdən milyon il sonra belə başqa planetlərdə yaşayan canlıların dinləyə biləcəyi bu plastinka həm də bizim, dünyanın ən zəngin mədəniyyətinin nümunələrini özündə birləşdirib. 27 musiqi qeydinin olduğu bu diskdə Motsart, Sebastian Bax, Bethoven kimi Avropa mədəniyyətinin öncüləri ilə yanaşı, Azərbaycana məxsus bir musiqi - “Ugam” da yer alıb.

"Ugam" Azərbaycan xalq mahnısıdır. Mahnının adı türklər üçün xüsusi önəm daşıyan Tanrı dağının dağ silsilələrindən biri olan Ugamın adı ilə bağlıdır. Bəzi mənbələr göstərir ki, yerli əhali Azərbaycanın şimal-qərb bölgəsində yerləşən dağ silsiləsini, xüsusilə Böyük Qafqaz dağlarının bir hissəsini belə adlanırıb.

Mahnın tarixi çox qədimdir, ilk ifa edənin kimliyi haqqında dəqiq məlumat yoxdur. Mahnı dillərdən-dillərə keçərək yaşadılıb və xalq musiqisi kimi qəbul olunub.

Tənqidçilər “Ugam”ın melodiyasını təbiətlə bağlı saf və təsirli duyğular oyadan ən yaxşı musiqilərdən hesab edirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 23 Noyabr 2024 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see324

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see321

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see314

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see282

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see277

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see269

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see264

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see260

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see258

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see251

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see232

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see231

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see230

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see228

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see225

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see220

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see217

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see213

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri